Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açııqlamasında bildirib ki, beynəlxalq aviaşirkətlərin İsrailə uçuşları dayandırması, adətən, kəşfiyyat məlumatlarına əsaslanan "təhlükəsizlik protokolu"nun işə düşməsi deməkdir və bu, regionda hərbi eskalasiyanın qaçılmazlığına dair ən real indikatorlardan biridir: “Mövcud vəziyyət göstərir ki, həm İsrailin preventiv zərbə hazırlığı, həm də qarşı tərəfdən (xüsusən İran və onun proksi qüvvələrindən) gözlənilən irimiqyaslı cavab hücumu riski pik həddə çatıb”.
Tural İsmayılov
Tural İsmayılov hesab edir ki, aviaşirkətlərin bu addımı sadəcə sərnişinlərin təhlükəsizliyini təmin etmək deyil, həm də komandanın və texnikanın hərbi əməliyyatların mərkəzində qalması riskini minimuma endirmək məqsədi daşıyır: “Tarixi təcrübə və son kəşfiyyat sızıntıları göstərir ki, hava məkanının mülki uçuşlar üçün qapadılması çox vaxt intensiv raket zərbələrindən və dron hücumlarından bir neçə saat və ya gün əvvəl baş verir”.
Politoloq bildirib ki, Tramp administrasiyasının regiona "böyük armada" göndərməsi və flotiliyanın hərəkətə keçməsi barədə bəyanatları Vaşinqtonun bu dəfə prosesdə yalnız müşahidəçi deyil, həm də aktiv hərbi faktor olacağını göstərir: “İsrailin altı cəbhədə eyni vaxtda hərbi əməliyyat keçirmə ssenarilərini müzakirə etməsi döyüş meydanının coğrafi baxımdan genişlənəcəyindən xəbər verir. Hava məkanı yenidən ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin (Dəmir Qübbə, Davudun Sapand sapanı) aktiv qarşıdurma poliqonuna çevriləcək”.
“Ötən il "12 günlük" baş vermiş qısa, lakin intensiv toqquşmaya işarə var. Amma builki gərginlik daha uzunmüddətli və dağıdıcı xarakter ala bilər. Əgər tərəflər arasında diplomatik "qırmızı xətlər" tamamilə pozulubsa, bu müharibə təkcə 12 gün deyil, həftələrlə davam edən strateji tükəndirmə mərhələsinə keçə bilər. Digər tərəfdən, Trampın "sürətli nəticə" tərəfdarı olması hərbi zərbələrin son dərəcə intensiv, lakin qısa müddətə hədəfə çatmaq üçün planlaşdırıldığını da ehtimal etməyə əsas verir. Aviaşirkətlərin uçuşları yanvarın sonuna qədər dayandırması riskli dövrün ən azı 10-15 gün davam edəcəyinə dair sənaye proqnozudur. Bu dəfəki münaqişənin müddəti həm də İranın daxili siyasi vəziyyətindən və Qərbin tətbiq edəcəyi "maksimum təzyiq" rıçaqlarından asılı olacaq. Belə bir şəraitdə İsrailin əsas məqsədi rəqibin raket potensialını qısa müddətdə sıradan çıxarmaqdır ki, bu da müharibənin ilk günlərinin ən ağır keçəcəyini göstərir. Regional aktyorların və böyük dövlətlərin reaksiyası münaqişənin lokallaşdırılacağını və ya regional müharibəyə çevriləcəyini müəyyən edəcək”-deyə politoloq bildirib.
“Hazırkı mənzərə göstərir ki, diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm artıq geri sayıma başlayıb. Bu böhranın sonu ya böyük bir regional sülh müqaviləsi, ya da onilliklərin ən ağır hərbi toqquşması ilə nəticələnəcək”-deyə politoloq vurğulayıb.
Tural İsmayılovun fikrincə, hava limanlarının və aviaşirkətlərin hərəkəti göstərir ki, biz artıq "fırtınadan əvvəlki sakitlik" mərhələsindəyik: “Nəticə etibarilə, müddətdən asılı olmayaraq, bu qarşıdurma regionun təhlükəsizlik arxitekturasını kökündən dəyişəcək gücə malikdir”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















