Icma.az
close
up
RU
1939 cu ildən sonra doğulanlara pis xəbər: 100 yaşına çatmaq çox çətindir

1939 cu ildən sonra doğulanlara pis xəbər: 100 yaşına çatmaq çox çətindir

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

XX əsrin tibbi irəliləyişləri insan ömrünü nəzərəçarpacaq dərəcədə uzadıb. Lakin yeni aparılan genişmiqyaslı araşdırma göstərir ki, bu artımın sürəti son nəsillərdə əhəmiyyətli dərəcədə zəifləyib və bu gün həyatda olan insanların böyük əksəriyyətinin 100 yaşına çatması real ehtimal sayılmır.

Qaynarinfo xəbər verir ki, tədqiqat 23 inkişaf etmiş ölkənin həyat gözləntilərini müqayisə edib. 1939–2000-ci illər arasında doğulan nəsillərin ömür uzunluğu araşdırıldıqda məlum olub ki, artım tempi əvvəlki dövrlərə nisbətən 40 faizdən çox zəifləyib. XX əsrin əvvəllərində bir nəsil üçün orta hesabla ömür uzunluğu 0,46 il artdığı halda, sonrakı illərdə bu dinamika xeyli zəifləyib.

Səbəblər

Elm adamları bu prosesin əsasən uşaq ölümü göstəricilərindəki yaxşılaşmanın dayanması ilə bağlı olduğunu bildirirlər. Keçmişdə pediatriyada əldə edilən uğurlar sayəsində 5 yaşdan aşağı ölüm halları kəskin azalmışdı. Hazırda bu göstəricilər çox aşağı səviyyəyə endiyi üçün eyni sıçrayışın təkrarlanması mümkün görünmür.

Bundan əlavə, 20 yaşadək ölüm halları da ömür uzunluğunun artım tempində mühüm rol oynayır.

100 yaş real hədəfdir?

Araşdırmanın müəlliflərindən Hektor Pifarre Arolas vurğulayıb: "İnsan ömrünü əhəmiyyətli dərəcədə uzadacaq böyük bir tibbi irəliləyiş olmadığı halda, həyat gözləntilərinin keçmişdəki qədər sürətlə artması real görünmür".

Digər müəllif Xose Andrade isə əlavə edib ki, 1980-ci ildə doğulan bir şəxsin 100 yaşına çatması indiki göstəricilərə əsasən mümkün sayılmır.

Bununla belə, alimlər qeyd edirlər ki, gələcəkdə baş verə biləcək tibbi inqilablar – məsələn, xərçəngin tam müalicəsi – bu proqnozları dəyişə bilər.

Bioloji sərhəd varmı?

Araşdırma insan ömrünə dair bioloji həddin olub-olmadığını təsdiqləmir, yalnız mövcud məlumatlara əsasən nəsillərin gözlənilən ömür müddətini təhlil edir. Nəticələr göstərir ki, ömür uzunluğu hələ də artır, lakin əvvəlki dövrlərə nisbətən çox daha yavaş templə.

Başqa sözlə, uzunömürlülük hələ də mümkündür, amma 100 yaşına çatmaq əksəriyyət üçün istisna olaraq qalacaq.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri