Icma.az
close
up
RU
197 nömrəli avtobus sərnişinləri BOĞAZA YIĞIB ŞİKAYƏT

197 nömrəli avtobus sərnişinləri BOĞAZA YIĞIB ŞİKAYƏT

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Savalan qəsəbəsi – “Koroğlu” Nəqliyyatı Mübadiləsi Mərkəzi istiqamətində hərəkət edən 197 nömrəli marşrut avtobuslarının fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Yenicag.az-a müraciət edən sakinlər avtobusların intervallarının gecikməsi səbəbindən dayanacaqlarda uzun müddət gözləməli olduqlarını bildiriblər.

Onların sözlərinə görə, gözləmə müddətinin 20-30 dəqiqəni keçməsi və avtobusların nizamsız hərəkət etməsi ciddi narahatlıq yaradır. Bu isə sərnişinlərin işə və ya digər təyinat yerlərinə vaxtında çatmasına mane olur.

Sakinlərin başqa bir şikayəti isə sürücülərin avtobusları yüksək sürətlə idarə etməsi ilə bağlıdır. Xüsusilə sıx yol şəraitində sürət həddinin aşılması sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

Şikayətçilər avtobus sürücülərinin gedişhaqqı ilə bağlı qanunsuz davranışlarına da diqqət çəkiblər. Bildirilib ki, bəzi sürücülər sərnişinlərdən normadan artıq ödəniş tələb edir:

“Koroğlu avtobusu 20-30 dəqiqə gözləməyimiz bəs etmir, hələ bir pul verəndə də daha artığını alırlar. O dəfə dayanacağa çatanda 1 manat uzatdım və “Koroğlu”dan gəldiyimi dedim. Sürücünün yanında duran gənc konduktor mənə 40 qəpik qaytarmaq əvəzinə, 30 qəpik qaytardı. Ar edib “10 qəpiyim hanı” deyə bilmədim”.

Bəzi sərnişinlər isə avtobusların texniki vəziyyətindən şikayət ediblər:

“Avtobuslarda problemlər çoxdur. Hansı birini deyək? Motorun qoxusu salonu bürüyür, hər dayanacaqda 5-10 dəqiqə saxlayır, bəzən də avtobus getdiyimiz yerdə xarab olur. Gəl, indi düş, o biri avtobusu gözlə. Kefləri də nə istəyir, onu edirlər. Sürücülərin hələ siqaret çəkməsini demirəm. Gah Savalanın içərisindən, gah da Maştağadakı “Xəyal” bazarı tərəfdən gedirlər. Biri buna əncam çəkməlidir, ya yox?!”

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri