160 nömrəli marşrut avtobusu sərnişinləri boğaza yığıb: Yollarda qalırıq, bu nə zülmdür?
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobuslarda son günlər nasazlıq müşahidə edilir.
Oxu.Az-a danışan sərnişinlərin sözlərinə görə, artıq bir neçə gündür ki, mənzilə çatmamış yolun yarısında düşməli olurlar.
Sərnişinlər qeyd edirlər ki, buna səbəb sözügedən marşrut xəttinin avtobuslarında ciddi problemlərin olmasıdır:
"Bəzən sərnişinləri düşürürlər, bəzən bir az gözləyəndən sonra yenidən asta sürətlə yola davam edirlər. Yayın günündə bu nə zülmdür bizə yaşadırlar? Millət bir-birinin belində gedir, ödəniş haqlarını niyə avtobusların təmirinə xərcləmirlər? Niyə gözləri doymur?"
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xatırladaq ki, sözügedən avtobuslar Binə qəsəbəsindən Koroğlu Mübadilə Mərkəzi istiqamətində hərəkət edirlər. Binə qəsəbəsinin əhalisinin sayı çox olduğu üçün 160 nömrəli marşrut xətti sərnişinləri daşımaqda çətinlik çəkir, sıxlıq yaranır, qəsəbə sakinləri dəfələrlə gileylənərək ikinci marşrut xəttinin istifadəyə verilməsini tələb ediblər.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Avqust 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















