“1979 dan bəri belə çətinliklə üzləşməmişik”
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“İran 1979-cu il inqilabından bəri belə təzyiq və çətinliklə üzləşməyib”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian onlayn qatıldığı Şərqi Azərbaycan vilayətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında deyib.
O, ölkədəki iqtisadi və sosial vəziyyəti qiymətləndirərək cəmiyyət daxilində həmrəyliyin vacibliyini vurğulayıb.
Prezident inqilabın ilk illərində sosial və iqtisadi problemlərin məscidlər ətrafında birgə səylərlə həll edildiyini xatırladıb. O, məhəllə sakinlərinin bir-birinin vəziyyətindən xəbərdar olmasının və ehtiyacı olanlara dəstək göstərməsinin vacibliyini qeyd edib.
“İnqilabdan sonrakı 47 ildə ölkə heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməyib”, – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, düşmənlər İranın keçmiş Ali rəhbəri Əli Xamenei, eləcə də, bir sıra komandir və rəsmiləri hədəf alaraq ölkədə qeyri-sabitlik yaratmağa çalışıblar. Bununla belə, Pezeşkian İranda qeyri-sabitliyin olmadığını, əksinə, birlik və həmrəyliyin gücləndiyini söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Oktyabr 2026 05:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















