Icma.az
close
up
RU
1979 dan əvvəlki İran: o, indikinə heç bənzəmirdi FOTOLAR

1979 dan əvvəlki İran: o, indikinə heç bənzəmirdi FOTOLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1979-cu il İslam İnqilabından əvvəlki İranı təsəvvür etmək bu gün həmin ölkəni tanıyanlar üçün olduqca çətindir. Xüsusilə 1960-70-ci illərdə Tehran küçələrindən çəkilmiş fotolara baxanda tamam başqa bir İran görünür.
Modern.az-ın məlumatına görə, həmin illərdə ölkə sürətlə modernləşir, paytaxt isə Qərb mədəniyyətinin, dəbinin və şəhər həyatının təsirini açıq şəkildə hiss edirdi.

Qadınların geyimində bunun izləri daha aydın görünürdü. Küçələrdə ətək, don, pencək, şalvar, qısaqol köynək və müxtəlif müasir geyimlərdə gəzən qadınlara rast gəlmək adi hal idi. Gənc qızlar Avropa və ABŞ-da dəbdə olan saç düzümlərini və geyimləri izləyir, moda jurnalları və filmlər isə bu tendensiyaların yayılmasına ciddi təsir göstərirdi.
Amma söhbət yalnız geyimlə bitmirdi. Restoran və və kafelərdə vaxt keçirən gənclər həmin dövrün fotolarında görünür. Qadınalr və qızlar da kişilərlə bərabər restoran və və kafelərə gedə bilirdilər.
Tehran küçələrində xarici avtomobillər, müasir mağazalar, kinoteatrlar və restoranlar fəaliyyət göstərirdi. Şəhərin bəzi məhəllələrində Avropa şəhərlərinə bənzər həyat tərzi formalaşmışdı. 1960-cı illərin əvvəllərində hətta Tehranda rok-n-roll gecələri keçirilir, gənclər musiqi və rəqslə əylənirdilər. Şemşək və Abəli kimi xizək kurortları isə varlı və orta təbəqənin istirahət məkanlarına çevrilmişdi.
Lakin İslam İnqilabından əvvəlki İranda bütün cəmiyyətin eyni həyat tərzi sürdüyünü də söyləmək olmaz. O vaxt da ölkədə ənənəvi və dindar təbəqələr var idi. Şəhərlə kənd arasında, varlılarla yoxsullar arasında ciddi fərqlər mövcud idi. Küçələrdə müasir geyimli qadınların yanında çadra geyinən qadınlara da rast gəlmək mümkün idi. Fotoarxivlər həmin ziddiyyəti xüsusilə yaxşı göstərir.

Xarici mənbələrin yazdığına görə, 1960–70-ci illərdə İranda spirtli içkilər də indiki kimi tam qadağan deyildi. Əksinə, Pəhləvi dövründə alkoqol qanuni şəkildə satılır və istehlak olunurdu: Tehran və digər böyük şəhərlərdə restoran, hotel və barlarda içki tapmaq mümkün idi.
1970-ci illərin Tehranında qadınlar sərbəst geyinir, kinoteatrlara və restoranlara gedir, barlarda içki satılır, ölkədə yerli şərab istehsal olunurdu...
1979-cu il inqilabından sonra isə İslam Respublikası alkoqolu müsəlmanlar üçün qadağan etdi.
Əslində, 1979-cu ildə baş verən inqilabdan sonra İranın sosial mənzərəsi kəskin şəkildə dəyişdi. Yeni hakimiyyət qadın geyiminə dair məcburi qaydalar tətbiq etdi və sonrakı illərdə hicab İranın ictimai həyatının ayrılmaz məcburi elementinə çevrildi.

Bu səbəbdən 1960-70-ci illərin Tehran fotoları bu gün xüsusilə maraqlı görünür.
Modern.az saytı xarici mənbələrin fotoarxivindən 60-70-ci illərin İranına aid fşəkillər təqdim edir:



















A.Qorxmaz
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri