Icma.az
close
up
RU
2 3 dəqiqədə dərdlərə şəfa olan KEÇİBUYNUZU

2 3 dəqiqədə dərdlərə şəfa olan KEÇİBUYNUZU

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.

Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi.

Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə edilən kəhraba əmələ gəlir.

Keçibuynuzu orqanizmdə ağciyər xərçənginin qarşısını alan ən önəmli faktorlardan olan OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermentinin aktivliyini və sintezini artıraraq həmin xəstəliyə tutulma riskini azaldır. Həmin fermentin ağciyər xərçəngindən qorumaqla yanaşı həm də DNT-də baş verən zədələnmələri bərpa etmək xüsusiyyəti var. Siqaretçəkmə bu fermentin aktivliyinin azalmasında əsas səbəblərdəndir.

Keçibuynuzu meyvələri bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldaraq normal bağırsaq florasına daxil olan laktobakteriyaların koloniyalarının inkişafına şərait yaradır, orqanizmdən ağır metal duzlarının və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır, pektin maddələr hüceyrə membranının – xüsusilə bağırsağın selikli qişa hüceyrələrinin yenidən qurulmasını təmin edir.

Bundan başqa güclü antioksidant təsir göstərir, sərbəst radikalların orqanizmdən xaric olunmasını sürətləndirir, iltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidərək iltihab əleyhinə və antiallergik təsir göstərir. Bu səbəbdən ondan astma və bronxit zamanı tənəffüs yollarını genişləndirmək üçün istifadə olunur.

Keçibuynuzu qanda zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, yüksək molekullu xolesterinin səviyyəsini isə artırır. Maraqlıdır ki, tam yetişmiş meyvələri qəbizliyin qarşısını aldığı və bağırsaqlar vasitəsilə toksinlərin xaric olmasını asanlaşdığı halda, keçibuynuzunun kal meyvələri büzücü təsirli tanin maddəsi hesabına ishalın qarşısını alır. Toxumların üyüdülməsindən əldə edilən unun tərkibində qlüten olmadığından seliakiya xəstəliyindən əziyyət çəkənlər ondan rahatlıqla istifadə edə bilərlər.

Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldərək yumurta hüceyrə membranını əridib içəri keçməsini və mayalandırma qabiliyyətini artırır. Çiy keçibuynuzu meyvələrinin tərkibində prostat vəzin xoşxassəli böyüməsinə - adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldan palmitin və stearin turşuları mövcuddur.

Tərkibində kofein, feniletilamin, oksalatlar və xolesterin kimi maddələr olmadığından keçibuynuzu meyvələrindən hazırlanan məhsulları ürək damar sisteminin, podaqra, oksalaturiya, miqren, böyrək daşı kimi xəstəlikləri olanlar rahatlıqla istifadə edə bilərlər. Allergiyaya meyilli uşaqlara keçibuynuzu meyvələrindən hazırlanmış şokolad verilə bilər. Keçibuynuzu meyvəsinin toxumlarının üyüdülməsindən əldə edilən unun tərkibindəki polisaxarid-qalaktoman öz kütləsindən 17 dəfə artıq maye saxlayaraq həcmini artırmaq xüsusiyyətinə malikdir və buna görə qida sənayesində E410 – qida əlavəsi kimi istifadə edilir.

Keçibuynuzu həzm olunmamış qidaları, oksidləşmiş xolesterini, şlak və toksinləri özünə hopduraraq bağırsaqlardan dəyişikliyə uğramamış şəkildə xaric edir. Mədəyə düşdükdən sonra həcmini artırdığından, həm də aclıq hissi yaradan qrelin peptidinin miqdarını azaltdığından toxluq hissi yaradır. Bu xüsusiyyətinə əsasən artıq çəkidən əziyyət çəkənlərin menyusuna daxil edilir.

Keçibuynuzu meyvələrinin tərkibində bol miqdarda fruktoza, qlükoza, saxaroza kimi karbohidratların olmasına baxmayaraq çiy halda yeyildiyində və dəmləməsi istifadə edildikdə qan şəkərini yüksəlməməsi tərkibindəki qan şəkərini tənzimləyən maddələrlə əlaqədardır. Keçibuynuzu bəkməzi hazırlananda uzun müddət qaynadıldığından həmin maddələr parçalanır və bəkməzin qəbulu zamanı qan şəkərini yüksəltdiyinə görə istifadə edən zaman diqqətli olmaq lazımdır.

Reseptlər

Ağciyər ödeminə qarşı

Qaynayan yarım litr suya 6-7 ədəd xırda doğranmış keçibuynuzu meyvəsi əlavə edilir, ağzı bağlı şəkildə 5 dəqiqə vam ocaqda qaynadılır, ocaqdan götürərək 15 dəqidə dəmlənir və içərisindən meyvələr çıxarılır. Dəmləmə 3 yerə bölünür, səhər, günorta və axşam acqarına qəbul edilir.

Sperma sayını, hərəkətliyini və mayalandırma qabiliyyətini artırmaq üçün

Qaynayan 500 ml suya xırdalanarq 6-7 ədəd keçibuynuzu meyvələri əlavə edilir, 3 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürərək 20 dəqiqə dəmlənir, süzülür. Alınan dəmləmə iki yerə bölünərək səhər və axşam acqarına qəbul edilir. Prosedur 1 həftə gündə 2 dəfə , sonrakı 3 ay aparılır və onu yalnız axşamlar qəbul etmək lazımdır.

Öskürək və təngnəfəslik zamanı

1 çay qaşığı üyüdülmüş keçibuynuzu meyvələri və ya eyni miqdarda keçibuynuzu bəkməzi 1 stəkan isti südlə qarışdırılır, gündə iki dəfə qəbul edilir.

Dəmləmə hazırlanarkən 6-8 dəqiqədən çox qaynadılmamalıdır.

Mənbə: HerbaFlora jurnalı

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:326
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Dekabr 2025 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri