Icma.az
close
up
RU
“2 3 futbolçu bizi Avropa çempionatına çıxaracaq?”

“2 3 futbolçu bizi Avropa çempionatına çıxaracaq?”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turu çərçivəsində sabah Bakıda İslandiya yığmasını qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Ayxan Abbasov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayırıq. İslandiya üçün də çox önəmli oyundur. Şanslarını itirməmək istəyəcəklər. Futbolçularıma inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. İnanıram ki, bizi tək qoymayacaqlar və bizə motivasiya verəcəklər. Rəqib Fransa ilə son matçda xal qazandı. Ukraynaya uduzsalar da, məğlubiyyətə layiq deyildilər. Çox yaxşı oynamışdılar. İlk oyunda ağır məğlubiyyət almışıq. Futbolçulardan o matçı unutmaqlarını istədim. Həmin görüş çox ağır keçmişdi. İtkilərimiz var. İstəməzdik ki, olsun. Amma milliyə kimlər çağırılıbsa, onlar üçün şansdır. Elvin Cəfərquliyev xəstələndi, Emin Mahmudovun oynayıb-oynamaması sual altındadır. Kimə şans veriləcəksə, onlar üçün fürsət olacaq. Sabah azarkeşlərimizi sevindirmək istəyirik. Gələcəyimiz üçün buna ehtiyacımız var. Bu oyunlar bizim üçün vacibdir.

- İslandiya ilə ilk oyunla müqayisədə nəyi dəyişmək olar?

- İslandiyanın oturuşmuş heyəti var. Avropanın bir çox klublarında oynayan futbolçulara sahibdirlər. Onların özlərinə məxsus oyunları var. Yeni məşqçi gələndən daha kreativ oynayırlar. Əvvəlki oyunları ilə çox fərq var. İlk matç haqda çox da danışmaq istəmirəm. Buraxılan qollardan sonra dağınıqlıq olmuşdu. Bu da böyükhesablı məğlubiyyətə gətirib çıxardı. Amma Reykyavikdəki qarşılaşmanı unutmalıyıq. Son matçlardakı əzmkar mübarizəni göstərib, xal qazanmaq istəyirik.

- Azərbaycan millisində məğlubiyyət qorxusu yoxdur?

- Hər oyuna çıxanda futbolçularımdan qələbə qazanmağı istəyirəm. Onlar da bunu istəyir. Futbolçularımızın təzyiq altında olmasına səbəb yoxdur. Rəqib daha çox təzyiqdədir. Onların şansı var. Biz daha rahat öz futbolumuzu oynamalıyıq. Yeni oyunçularımızın ilk matçı ola bilər. Onlara dəstək olmalıyıq. Ev oyunu olduğu üçün azarkeş dəstəyinin olacağına inanıram.

- Sizin gəlişinizdən sonra milli qollar vurub. Bunun davamını gətirə biləcəksiniz?

- Hər oyunda qol vurmaq istəyirik. Millimizin hücum potensialı var. Təəssüf ki, bəzi futbolçular bu matçda iştirak etməyəcək. Qələbə qazanmaq istəyirsənsə, mütləq qol vurmalısan.

- İslandiya ikinci mərtəbədə təhlükəlidir. Bunun qarşısını necə alacaqsınız? 

- Bu, rəqibin üstün cəhətlərindəndir. İlk oyunda da birinci qolu standart vəziyyətdən vurublar. Bunun üzərində çalışırıq. Fransa ilə görüşdə də standart vəziyyətdən qol buraxdıq. Standart vəziyyətlərə önəm verəcəyik.

- Futbolçulara özünəinam hissi gəlib. Bunu necə etdiniz?

- Futbolçulara inam verməliyik. Bu, məşqçilərdən futbolçulara keçir. Danışırıq. Harada olduğumuzu dərk etməliyik. Ölkənin birinci komandasında çıxış edirlər. Hansı rəqiblərlə qarşılaşdığımızı bilirik. Futbol inkişaf edir. Meydançada istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik. Amma istəkli olmağa heç nə mane olmur. Futbolçular son matçlarda bunu göstərdilər. Bunu davam etdirməliyik. Oyun planında da inkişaf etməliyik. Oyundan-oyuna fərqli olmalıdır. Bu yöndə işlər davam edir.

- Milliyə 4 qapıçı dəvət etmisiniz. Onlardan biri klubunda oynamayan Rza Cəfərovdur. Niyə 4 qolkiper dəvət etdiniz?

- Şahruddin Məhəmmədəliyev cəzalıdır və siyahıda 3 qapıçı mütləq olmalıdır. Ona görə 1 qapıçı da əlavə çağırdıq. Səlahət Ağayev təcrübəlidir. Rzanın klubunda oynamamasını bilirik. Ona dəstək olmalıyıq. O da qışdan sonra qərar verib, oynamalıdır. Rzanın yaşını nəzərə alırıq, gəncdir.

- Kamran İbrahimov son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun milliyə dəvəti müzakirə mövzusu ola bilər?

- Adlarla danışmaq istəmirəm. Sözüm kiminsə xətrinə dəyə bilər. Hər kəs milliyə dəvət ola bilər. Kimin futbola necə baxdığı da önəmlidir. Nəyə görə inamlı çıxış deyirsinizsə, müzakirə mövzusudur. Kamran perspektivli qapıçı olub. Bu gün məsələyə tək qurtarışla baxmırıq. Millidə böyük oyunlar olur. Şahruddin və digər qapıçılarımız az oynasa da, onların təcrübəsi yetərlidir. Gələcəkdə hər futbolçuya şans ola bilər.

- Sabah Rüfət Abbasovun oynamaq ehtimalı var? İki mərkəz hücumçusu millidədir. Renat Dadaşov da 90 dəqiqə oynamır...

- Elvin Cəfərquliyevin yoxluğu böyük itkidir. O, çox yaxşı formada idi. Millidə önəmli oyunçulardandır. Sabah Rüfəti meydanda görə bilərik. Hücumçular məsələsinə gəldikdə, gəlin oynayıb-oynamamağı haqda danışmayaq. Bu, yaralı yerimizdir. Qısa vaxtda böyük dəyişiklik etməyə geniş seçimimiz yoxdur. Burada olanlar ən yaxşılarımızdır. Maksimum 10-12 futbolçunu da namizəd görə bilərik. Futbolçularla çox danışırıq. İnanıram ki, gələn mövsüm bu oyunçular meydanda çox olacaqlar.

- “Turan Tovuz”dan niyə milliyə dəvət alan futbolçu yoxdur?

- Faiq Hacıyevi çağırırıq. İstəyirdim yenə çağıram. Rüfət Abbasova üstünlük verdik. Faiqin mövqeyində Qismət Alıyev, Abbas Hüseynov, Rəhman Daşdəmirov var. Rəqabət böyükdür. “Turan Tovuz”da potensiallı futbolçular var. Onlar gələcək karyeralarını fikirləşməlidirlər.

- Elvin Cəfərquliyev, Musa Qurbanlı və Mahir Emrelinin olmaması komandanın potensialını aşağı salacaq?

- Elvinin hazırda yaxşı formada olmasını deməliyik. Çempionlar Liqasında bütün matçlarda oynayır. Elvin bizim üçün böyük itkidir. Musa, Mahir əvvəlki oyunlarda bizə kömək edib. Hücum potensialını fikirləşsək, Musa və Mahir bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.

- İslandiya millisinin baş məşqçisi bildirdi ki, Azərbaycanda sistem eynidir, sadəcə indiki milli daha istəkli oynayır...

- Sistem eyni deyil, fərqlidir. Son oyunlarımıza baxıb, istəklə bağlı belə danışıb. Fransa millisi də bizə qarşı ciddi hazırlaşmışdı, Ukrayna da. Biz də rəqibi təhlil edirik. İstəklə bağlı düz qeyd edib.

- Əcnəbi futbolçuları milliləşdirməklə bağlı məsələ nə yerdədir?

- Bu dəqiqə buna lüzum görmürəm. Şəxsi fikrimdir. İlk olaraq qarşımızdakı məqsədi bilməliyik. 2-3 futbolçu bizi Avropa çempionatına çıxaracaq? Öz futbolçularımıza üstünlük veririk.

- Xəyal Əliyevə qulaqburması verdiniz?

- Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı futbolçularımızdan biri ola bilər. Hər bir futbolçunun mənfi xüsusiyyətləri var. Bu yaşda səhv edə bilərik. U-21 yığmasından qısa müddətdə A komandaya çağırılıb, əsas heyətdə görürüksə, az iş deyil. Onların beynəlxalq təcrübələrinin olmasını istəyirik. 

- U-19 yığması Çexiyaya 1:6 hesabı ilə uduzub. AFFA rəhbərliyi ilə ümumilikdə futbolumuzun durumu ilə bağlı danışırsınız?

- Əlbəttə. İnanın ki, 3-4 gün öncə AFFA-da idim. Baş katiblə bu oyunlar haqda danışırdıq, mövzu elə yerə getdi ki, uşaq futbolu, problemlər... Bir də gördük ki, 4 saatdır danışırıq. Çox çətindir. Bizdən üstün rəqiblərə qarşı çətinlik çəkirik. Tək əsas milli yox, digər yığmalar da. Demək ki, biz onlardan zəifik. Biz inkişaf ediriksə, onlar 5 addım atır. Biz bir meydança tikib seviniriksə, onlar 10-nu tikilir. Bu rəqabətdə uduzacağıq. Amma təslim olmalıyıq? Yox. Bir az da aktiv olmalıyıq, problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar önəmlidir. O futbolçular klubdan gəliblər. Klublardakı iş önəmlidir. Klublarda uşaq futboluna necə yanaşacağıq? Uşaq futbolu ayrılmalıdır. Bəlkə də normaldır. Bəzi böyük klublar var ki, akademiyaları çox zəifdir. Daha çox kənardan oyunçu gətirirlər. Bizdə proses getməlidir, uşaq komandaları artmalıdır. Buna başlamasaq, akademiyaların tikilişi... Bunlar olmasa, bu hesablar olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri