Icma.az
close
up
RU
Qəhrəmanlar Avropa çempionatına qayıdırlar

Qəhrəmanlar Avropa çempionatına qayıdırlar

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Aprel Olimpiya qəhrəmanlarının qayıdış ayı olacaq.

İdman.biz xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) aprelin 23-də Monteneqronun paytaxtı Podqoritsada başlayacaq Avropa çempionatı üçün milli komandanın heyətinə cəlb olunublar.

Bu o deməkdir ki, Paris-2024-ün triumfatorları yenidən tatamiyə qayıdırlar.

İlin əvvəlində baş məşqçi Rixard Trautman liderlərin mövsümə başlamağa tələsməyəcəklərini bildirmişdi. O, Heydərov və Kotsoyevin əsas hədəfləri kimi Avropa və dünya çempionatlarını göstərmişdi. Millinin liderlərinin zədələrini tam sağaltmaq, həm də gərgin bir ildən sonra bərpa olunmaq və yeni qüvvə ilə tatamiyə qayıtmaq imkanı var idi. Onlar Avropada bir neçə təlim-məşq toplanışında olub, sonra Yaponiyada təxminən bir aya yaxın məşq edib, rejimə düşüblər. Mütəxəssis qeyd edib ki, hər iki idmançı formadadır və Avropa çempionatında növbəti dəfə maksimum nəticə əldə edə bilər.

Əlbəttə, Heydərov və Kotsoyevin heyətdə olmaları komandanın uğur şansını xeyli artırır. Bundan əlavə, Hidayət üç ildir sahib olduğu titulu qorumağa, Zelim isə qitə tacını geri qaytarmağa çalışacaq.

Əgər bütövlükdə komandanın şanslarından danışsaq, Trautman proqnozlarında ehtiyatlı davranır: "Mən ən azı üç mükafat gözləyirəm, amma bəlkə iki, bəlkə də dörd. Uşaqlar yaxşı hazırlaşıblar. Məsələn, Zelim Tçkayev (81 kq) bir neçə dəfə "Böyük Dəbilqə"nin qalibi olub, lakin onun hesabında hələ ki, dünya və ya Avropa çempionatlarının medalları yoxdur".

Qitə çempionatı üçün kifayət qədər güclü heyət yığılıb. 90 kq çəki dərəcəsində idmançıların olmaması suallar yarada bilər, lakin bu, reqlamentin bir nüansı ilə bağlıdır. Məsələ burasındadır ki, hər komanda Avropa çempionatına maksimum 18 idmançı (kişi və qadın kateqoriyalarının hər birində doqquz) ilə qatıla bilər. Üstəlik, bir neçə çəki dərəcəsində iki cüdoçu ilə təmsil olunmaq mümkündür. Turan Bayramov və Əhməd Yusifovun 60 kq, Tçkayev və Ömər Rəcəblinin isə 81 kq çəki dərəcələrində mübarizə aparacaqlarını nəzərə alaraq, komanda Avropa çempionatı üçün kateqoriyalar üzrə kəmiyyət limitini bağlayıb.

Ümumilikdə komandada xoş sürpriz edə biləcək idmançıların olduğunu deyən baş məşqçi Ruslan Paşayev və Turan Bayramovun adlarını vurğulayıb. Onlardan birincisi mövsümə Parisdə keçirilən "Böyük Dəbilqə" yarışında qələbə ilə başlayıb, digəri isə Daşkənddə analoji yarışın finalında mübarizə aparıb.

Hələlik millimiz İtaliya və Qazaxıstan komandaları ilə birlikdə Bakıda hazırlığını davam etdirir. Amma tezliklə cüdoçularımız Macarıstanın Tata şəhərində təlim-məşq toplanışına yollanacaqlar və burada idmançılar birbaşa Avropa çempionatına hazırlıq keçəcəklər.

Zəki Feyzullaev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri