Icma.az
close
up
RU
2 baş, 2 qol, 3 ayaq ilə doğulan siam əkizlərinin FACİƏSİ

2 baş, 2 qol, 3 ayaq ilə doğulan siam əkizlərinin FACİƏSİ

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox ölkələrdə siam əkizləri qəribə şoularda çıxış edərək varlı həyat sürə bilsələr də, SSRİ-də doğulmuş Maşa və Daşanın bu baxımdan bəxtləri gətirmədi.

4 yanvar 1950-ci ildə Yekaterina Krivoşlyapova qeysəriyyə əməliyyatı ilə əkiz uşaq dünyaya gətirir. Lakin həkimlər anaya yalan danışaraq, körpələrin öldüyünü deyirlər. Övladlarının cəsədini görməkdə israr edən ana uşaqlarını görəndən sonra 2 il psixiatriya xəstəxanasında müalicə almalı olur.

Bu uşaqlar SSRİ-də doğulan ilk siam əkizləri Mariya və Darya Krivoşlyapovalar idi və onların taleyinə iki başı, dörd qolu və üç ayağı olan bir bədəndə yaşamaq yazılır. Qızlar həyatlarının ilk 7 ilini akademik fizioloq Pyotr Anoxinin nəzarəti altında pediatriya institutunda keçirirlər. Həkim bu patologiyanı öyrənmək üçün əkizlər üzərində müxtəlif təcrübələr aparır. 1956-cı ildə Travmatologiya və Ortopediya İnstitutu uşaqları öz himayəsinə götürür.

Orada üçüncü ayağın qızlara mane olub-olmadığını yoxlayırlar, onu amputasiya edir və qoltuqağacı ilə yeriməyi öyrədirlər. Daha sonra qızlar orta təhsil almaq üçün Novoçerkasskda yerləşən dayaq-hərəkət sistemində problemləri olan sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinə göndərilirlər. Burada uşaqlar internat sakinləri tərəfindən davamlı zorakılığa və tənələrə məruz qalırlar. Qızları onlara baxmağa gələnlərə bir şüşə araq qarşılığında nümayiş etdirirdilər. Bu təzyiqə görə bacılar bir neçə dəfə intihar etmək fikrinə düşürlər. 12 yaşından etibarən problemlərini unutmaq üçün spirtli içki qəbul etməyə başlayırlar.

Daha sonra əkizlər Moskvada doğmalarını tapmağa qərar verirlər. 1980-ci ildə ataları beyin xərçəngindən vəfat etsə də, analarının sağ olduğunu, Sergey və Anatoli adlı qardaşlarının olduğunu öyrənirlər. 35 yaşları tamam olan gün evlərinə qonaq gedən qızlar ailə üzvləri tərəfindən onlara olan münasibətdən çox sarsılırlar.

Qardaşları onları tanımaq belə istəmir, anaları evdən qovur. Bu görüşdən sonra qızlar ağır depressiyaya düşürlər və daha çox spirtli içki qəbul etməyə başlayırlar. 90-cı illərin sonlarında isə qaraciyər sirrozu və ağciyər iltihabı xəstəliklərinə tutulurlar. 13 aprel 2003-cü ildə vəziyyətin pisləşdiyindən, özünü pis hiss etdiyindən və dərin yuxuya gedən bacısını oyada bilmədiyindən Darya təcili yardım çağırır. Xəstəxanaya yerləşdirilən bacılardan birinin − Mariyanın ürək tutmasından dünyasını dəyişdiyi aşkarlanır. 17 saatdan sonra vəfat edən bacısına bitişik Darya da intoksikasiyadan zəhərlənərək ölür.

Ətraflı Baku TV-nin süjetində:

2 baş, 2 qol, 3 ayaq ilə doğulan siam əkizlərinin FACİƏSİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Mart 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri