Icma.az
close
up
RU
12 saatlıq əməliyyat: siam əkizlərinin bitişik başları ayrıldı

12 saatlıq əməliyyat: siam əkizlərinin bitişik başları ayrıldı

Lent az saytına istinadən Icma.az xəbər verir.

Əbu-Dabidə həkimlər doğulduqları gündən baş nahiyələri bitişik olan siam əkizlərini uğurla ayırıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, əməliyyat Nigeriyadan olan 19 aylıq Mersi və Qudness adlı bacılar üzərində aparılıb. Qızlarda kraniopaqiya adlanan nadir siam əkizliyi forması olub. Bu zaman əkizlər kəllə sümükləri, qan damarları və bəzi hallarda beyin toxumaları vasitəsilə bir-birinə bitişik olur.

Cərrahlar qrupuna Londondakı “Great Ormond Street” Xəstəxanasının uşaq neyrocərrahı, professor Nur ul Ovase Cilanı rəhbərlik edib. Əməliyyatda Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliyi, Braziliya və Nigeriyadan olan mütəxəssislər də iştirak ediblər.

Əkizlərin ayrılmasına hazırlıq bir neçə ay davam edib. Həkimlər qan damarları və beyin strukturlarının dəqiq xəritəsini hazırlamaq üçün üçölçülü modelləşdirmə, virtual reallıq və süni intellekt texnologiyalarından istifadə ediblər.

Müalicə ümumilikdə dörd aydan çox davam edib və dörd mərhələdən ibarət olub. Həkimlər ümumilikdə 40 saatdan artıq əməliyyat otağında çalışıblar. Sonuncu əməliyyat təxminən 12 saat davam edib.

Əməliyyatın ən çətin tərəfi qızların ümumi qan damarlarına və bəzi toxumalara malik olması idi. Bu isə ağır fəsadların yaranma riskini xeyli artırırdı.

Uğurlu bərpanı təmin etmək üçün cərrahlar əvvəlcədən qızların baş dərisinin altına xüsusi toxuma genişləndiriciləri yerləşdiriblər. Bu üsul ayrılmadan sonra kifayət qədər dəri ehtiyatının yaranmasına və əlavə dəri köçürülməsinə ehtiyac qalmamasına imkan verib.

Həkimlərin sözlərinə görə, bu əməliyyat onların karyerasında həyata keçirdikləri ən mürəkkəb cərrahi müdaxilələrdən biri olub. Müalicə başa çatdıqdan sonra hər iki qız tam sağalıb və valideynləri ilə birlikdə evə qayıdıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri