Icma.az
close
up
RU
2 fevral Azərbaycan gəncliyi: dövlət qayğısı və gələcəyə baxış ŞƏRH

2 fevral Azərbaycan gəncliyi: dövlət qayğısı və gələcəyə baxış ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2 Fevral Gənclər Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib. Bu tarix hər il Azərbaycanda gənc nəslə göstərilən diqqətin və onların cəmiyyətin inkişafındakı rolunun bariz nümunəsi kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyini müəyyən edən əsas qüvvə kimi qiymətləndirmişdir. Onun formalaşdırdığı dövlət gənclər siyasəti gənclərin dövlətə, xalqa bağlılığını daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev Ulu Öndərin gənclərlə bağlı müəyyən etdiyi strategiyanı yeni tarixi mərhələdə uğurla davam etdirir. Bununla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması da Azərbaycan gənclərinin İnkişaf Strategiyasında öz əksini tapır.

Gənclər Günü münasibətilə hər il ölkəmizda forumlar, görüşlər, maarifləndirici və mədəni tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin potensialının üzə çıxarılmasına, onların ölkə və cəmiyyət həyatında daha fəal iştirakına müsbət təsir edir.

Gənclər günü təsis edildiyi vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda geniş və təntənəli şəkildə qeyd olunmağa başlanıb.

Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti beynəlxalq ictimaiyyət tərəfindən nümunə kimi qiymətləndirilir. Bu siyasətin əsas xətti gənclərin bilik və bacarıqlarının inkişafına, onların cəmiyyətə faydalı gənc nəsil olaraq yetişməsinə xidmət etməkdir. Bu siyasət gənclərin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirir. Eyni zamanda, onların cəmiyyətə inteqrasiyasını sürətləndirir.

Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə dövlət orqanlarının gənclərlə iş sahəsində fəaliyyətini əlaqələndirmək məqsədilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu addım Azərbaycanda gənclər siyasətinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsində mühüm rol oynadı.

Dövlət tərəfindən həyata keçirilən proqramlar gənclərin təhsili, peşəkar inkişafı, sosial fəallığı və özünü reallaşdırması üçün geniş imkanlar yaradır.

Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər, Azərbaycan tarixi və mədəniyyətinə hörmət ruhunda tərbiyə olunmasına xüsusi önəm verilir. Bu gün Azərbaycan gəncləri müasir düşüncəyə, yüksək intellektual potensiala və innovasiyalara açıq, yaradıcı qüvvə kimi çıxış edir. Eyni zamanda, Azərbaycan gəncləri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, müxtəlif sahələr üzrə əldə etdikləri uğurlarla dövlətimizin nüfuzunun möhkəmlənməsinə öz töhfələrini verirlər.

Xaricdə təhsil alan azərbaycanlı gənclər üçün həyata keçirilən dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gənclərinin inkişafına yönəlmiş dövlət proqramları onların xarici ölkələrdə təhsil almalarını, innovasiya mərkəzlərində fəaliyyət göstərmələrini, texnoloji inkubatorlarda yaradıcılıq layihələri həyata keçirmələrini uğurla təmin edir. Gənc sahibkarlar və startaplar üçün yaradılan mərkəzlərdə onlara mentor dəstək və təlimlərdən istifadə edərək öz innovativ bacarıqlarını inkişaf etdirmək imkanı yaradılır.

Bu proqramlar çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alaraq bilik və təcrübələrini artırır, gələcəkdə bu potensialı ölkənin inkişafına yönəldir. Gənclərin hərtərəfli inkişafına yönəlmiş ardıcıl dövlət siyasəti yeni dövrün çağırışlarına cavab verə bilən güclü gəncliyin yetişdirilməsini hədəfləyir.

Bildiyimiz kimi, 22 iyun 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə gənclərə dövlət qayğısının təzahürü olaraq “Qızıl kitab” və Azərbaycan Respublikasının Prezidenti yanında “Gənc İstedadlar Fondu” təsis edilmişdir. Bu təşəbbüs elm, mədəniyyət, təhsil və digər sahələrdə fərqlənən gənclərin tanınmasına və inkişafına xidmət edir.

Bununla yanaşı, “Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu” gənclərin inkişafına yönəlmiş dövlət siyasətinin hüquqi əsaslarını müəyyən edir. Qanuna əsasən, 14–29 yaş arası şəxslər gənclər kateqoriyasına aid edilir. Bu sənəddə gənclərin hüquqlarının qorunması, təhsil və məşğulluq imkanlarının artırılması və dəstəklənməsi əsas istiqamətlər kimi göstərilir.

Ulu Öndərin gənclər siyasəti elə bir gənc nəsil yetişdirdi ki, hətta Qarabağı görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda şəhid, qazi oldular, Müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıq nümunələri ilə Zəfər tariximizin yazılmasında mühüm rol oynadılar. Azərbaycan xalqının qəhrəmanlığı və ölkənin ərazi bütövlüyünün qorunmasında gənc nəslin qəhrəmanlığı dünyaya səs saldı. Dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş qəhrəman gənclərimiz gənc yaşlarında uşaq və yeniyetmələr üçün örnək oldular.

Bu gün Azərbaycan böyük tarixi zəfərlərə, nailiyyətlərə imza atmış Müstəqil bir ölkədir.

Həyata keçirilən ardıcıl siyasət və təşəbbüslər gənc nəslə göstərilən qayğının ölkənin gələcək inkişafının əsas tərkib hissəsi olduğunu bir daha təsdiqləyir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri