Icma.az
close
up
RU
2 fevral Ulu Öndərin gənclərə ən böyük hədiyyəsidir

2 fevral Ulu Öndərin gənclərə ən böyük hədiyyəsidir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Bir ölkənin gələcəyi onun sağlam ruhda, vətənpərvər olaraq böyüyən gəncliyindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan dövləti də hər zaman gənclərimizin məhz bu prinsiplər əsasında böyüməsi, tərbiyə olunmasına üstünlük verib, onu prioritet sayıb. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycanda milli ruhda böyümüş, vətənpərvər, dövlətini sevən gənclər ordusu mövcuddur”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov 2 Fevral Gənclər Gününün əhəmiyyətindən, bu günün tarixi zərurətindən danışarkən səsləndirib. Millət vəkili deyib ki, müstəqilliyin ilk illərində bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ölkədə ciddi bir boşluq vardı:
“Gənclər ya xoşbəxt gələcək ümidi ilə Rusiya, Avropa ölkələrinə üz tutur, ya da kənar təsirlərə düşərək kosmopolit ruhda böyüyürdülər. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
Bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ciddi addımlar atılmağa başlanıldı”.
Millət vəkili deyib ki, 1996-cı ildə ölkədə gənclərlə işi mərkəzləşdirilmiş şəkildə həyata keçirən, onların problemləri ilə məşğul olan dövlət qurumunun, Gənclər və İdman Nazirliyinin yaradılması bu istiqamətdə atılan addımlardan idi:
“Gənclər və İdman Nazirliyinin yaradılması həm də ölkədə dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunun göstəricisi idi. Nazirlik gənclərin problemlərini, onların qayğılarını araşdırıb müvafiq qurumlara təqdim edir və həmin istiqamətlər üzrə də zaman-zaman fərman və sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilirdi. Bununla paralel olaraq Ulu Öndər şəxsən özü də müntəzəm olaraq gənclərlə görüşür, onların qayğılarını, problemlərini gənclərin öz dilindən eşidirdi. Bu mənada ölkədə keçirilən Gənclər Forumları xüsusi əhəmiyyət daşıyırdı. İlk dəfə 1996-cı ildə Ümummilli Liderin iştirakı ilə keçirilən Azərbaycan Gənclərinin I Forumu sonradan ənənə halını aldı. Forumda Ulu Öndərin şəxsən iştirakı Azərbaycan dövləti və onun liderinin gənclərə nə dərəcədə diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiq etmiş oldu. 1997-ci il, fevralın 1-də Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-sinin Azərbaycanda Gəncləri Günü elan edilməsi məhz dövlətin gənclərə diqqət və qayğısının davamı idi. Bu, həm də Ulu Öndərin gənclərə ən böyük hədiyyəsi idi. O zaman Azərbaycanın çoxminli gənclər orudusu tərəfindən bu fərman böyük sevinclə qarşılandı və Azərbaycan gənci onun arxasında güclü bir dövlətin mövcudluğuna əmin oldu”.
İlham Məmmmədov deyib ki, sonrakı illərdə Heydər Əliyevin gənclərlə bağlı bir sıra fərman və sərəncamlar imzalaması, dövlət proqramları qəbul etməsi bu sahədə illərlə mövcud olan problemlərin tədricən aradan qalxmasına yol açdı:
“Heydər Əliyev üçün əsas məqamlardan biri də gənclərin bilik və bacarıqlı, vətənpərvər olması idi. Təsadüfi deyil ki, Ulu Öndər çıxışlarından birində bu istiqamətə diqqət ayıraraq deyirdi: ““Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”. Elə Ümummilli Liderin istedadlı gənclərin üzə çıxarılması məqsədilə təqaüdlər təsis etməsi, gənclərin xarici ölkələrin universitetlərində təhsil almasına xidmət edən dövlət proqramları təsdiq etməsi də məhz buna xidmət edirdi”.
Deputat qeyd edib ki, günümüzdə Azərbaycanda dövlət gənclər siyasəti keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyub:
“Bu siyasətin əsas ana xəttini Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət təşkil etsə də, eyni zamanda dövlət gənclər siyasəti yeni çağırışlara, reallıqlara uyğun şəkildə həyata keçirilir. Azərbaycan gəncləri Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətin diqqət və qayğısı ilə əhatələniblər. Xaricdə təhsil proqramlarının davam etməsi, paytaxt və bölgələrdə “Gənclər Ev”lərinin açılması, ali məktəblərə yüksək balla daxil olan gənclərə Prezident təqaüdünün verilməsi, 2007-ci ilin Azərbaycanda “Gənclər İli” elan olunması və s. məhz gənclərimizin bilik və bacarıqlı, vətənpərvər ruhda yetişməsinə xidmət edir”.

Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Fevral 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri