Icma.az
close
up
RU
Ulu öndərin qalibiyyət təlimi

Ulu öndərin qalibiyyət təlimi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın müasir tarixində 2020-ci il Qarabağ Zəfəri təkcə hərbi qələbə deyildi, bu, eyni zamanda milli qürurun, strateji düşüncənin və dövlətçilik irsinin təntənəsi idi. Bu uğurun kökləri müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin qurduğu möhkəm siyasi və ideoloji təməllərdən qaynaqlanırdı.

Dahi şəxsiyyətin ordu quruculuğu və milli həmrəyliyi gerçəkləşdirən siyasəti sayəsində Azərbaycan gələcəkdə tarixi torpaqlarını azad etmək üçün hazır vəziyyətə gətirilmişdi. Belə ki, ümummilli lider çətin, ağır illərdə Azərbaycanı üzləşdiyi böhranlardan çıxararaq dövlətin gələcək uğurları üçün əsas sütunları qurmuşdu. Onun siyasi fəlsəfəsinin əsasında güclü dövlət, milli birlik və strateji müstəqillik dayanırdı. Dahi şəxsiyyət 1990-cı illərin çətin dönəmində, iqtisadi tənəzzül və daxili qarşıdurmalar şəraitində Azərbaycanda sabitliyi gerçəkləşdirdi, dövlət institutlarını möhkəmləndirdi və milli ruhu bərpa etdi.

Onun rəhbərliyi dövründə Milli Ordunun qurulması prioritet elan edildi, xarici siyasətdə balanslı, çoxşaxəli kurs formalaşdırıldı, təhsil, elm və mədəniyyətə xüsusi diqqət göstərildi, Qarabağ məsələsi isə daim milli siyasətin əsas hədəfi kimi saxlanıldı. Ulu öndərin siyasi uzaqgörənliyinin və məsuliyyət hissinin dərinliyini isə onun 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki nitqi aydın göstərirdi. O zaman dahi şəxsiyyət xalqa müraciətlə deyirdi: “Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməyimi yüksək qiymətləndirirəm və bu münasibətlə Azərbaycan xalqına, Azərbaycan Respublikasının bütün vətəndaşlarına öz hörmət və ehtiramımı, dərin minnətdarlığımı bildirirəm.

Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm.

Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, ilk növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bu sözlər sadəcə bir siyasi bəyanat deyildi, həm də sonrakı illərdə Azərbaycanın inkişaf yolunun ideya təməli idi. Ümummilli lider Heydər Əliyev bu təməl əsasında elə bir dövlət modeli qurdu ki, bu, illər sonra Qarabağ zəfərinin bünövrəsini təşkil etdi.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev keçmiş SSRİ zamanında da Qarabağ məsələsinə xüsusi diqqət göstərmişdi. 1969–1982-ci illərdə respublikaya rəhbərliyinin ilk dövründə Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Azərbaycanın hüquqlarının qorunması üçün Moskvada diplomatik danışıqlar aparmış, əhalinin demoqrafik balansını qorumaq üçün inzibati qərarların qəbulunu təşviq etmişdi. Heydər Əliyev hələ Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən ermənilərin DQMV-də gizli fəaliyyətlərindən xəbərdar olmuş, onlara qarşı lazımi tədbirlər görülməsi üçün ciddi təşəbbüslər göstərmişdi.

Ulu öndər Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra vilayətin sosial-iqtisadi inkişafına dair müvafiq tədbirlərlə ermənilərin hər hansı bir narazılığına bəhanə yeri qoymamışdı, Qarabağ regionunda iqtisadi və sosial layihələri təşviq edərək Azərbaycan mədəniyyətinin möhkəmlənməsinə də xidmət etmişdi. Dahi şəxsiyyət erməni separatizmi və yerli qarşıdurmaların qarşısını almaq üçün balanslı siyasət yürüdərək regionda sabitliyi qorumuşdu.

Məhz 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra respublikada hər şey demək olar ki, tədricən müsbət istiqamətdə dəyişməyə başlamışdı. O, əsasən milli hüquqların qorunması və erməni separatizminin qarşısının alınması istiqamətində fəaliyyət göstərmişdi. Belə ki, erməni millətçilərinin xalqımıza qarşı davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq Ermənistanın Azərbaycana qarşı gizli ərazi iddialarının və Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə almışdı.

Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə – Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü keçdikdən sonra Qarabağ məsələsi SSRİ səviyyəsində geniş müzakirə edilməmişdir. Onun nüfuzu və təcrübəsi separatizmin açıq şəkildə yüksəlməsinin qarşısını almışdır. 1987-ci ildən vəzifədən uzaqlaşdırıldıqdan sonra erməni separatizmi bölgədə iddialarını artırmağa başlamışdır.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Qarabağ müharibəsi dövründə Azərbaycan ciddi böhran içərisində idi. Dövlətin süqut təhlükəsi, iqtisadi və hərbi zəiflik fonunda Heydər Əliyev həm cəbhədə sabitliyin təmin olunması, həm də diplomatik səylərin gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. 1994-cü ildə atəşkəsin əldə edilməsi onun rəhbərliyinin ən önəmli uğurlarından biri oldu. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində təsdiqləndi, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesi başlandı. Heydər Əliyev ölkənin iqtisadi bazasını gücləndirərək gələcək hərbi-siyasi strategiyalar üçün zəmin yaratdı.

Ümummilli lider Azərbaycanın ərazi bütövlüyünü prinsipial olaraq qorumuş, dövlətin parçalanmasının qarşısını almışdı. O, strateji addımları ilə müstəqil Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmiş və gələcəkdə hərbi-siyasi imkanların inkişafı üçün əsas yaratmışdı. Azərbaycanın gələcək zəfərinə hazırlıq məqsədilə Heydər Əliyev bir sıra konkret addımlar atmışdı. Ulu öndər, eyni zamanda, dövlət idarəçiliyində sabitliyi reallaşdırmış, peşəkar və intizamlı ordu quruculuğunu prioritet elan etmiş, zabitlərin xaricdə təhsil almasını və beynəlxalq hərbi əməkdaşlığı diqqət mərkəzində saxlamışdı. Diplomatik sahədə də fəaliyyəti davam etdirərək Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə etmiş, iqtisadi əsasları möhkəmləndirərək dövlətin maliyyə gücünü artırmışdı. Eləcə də milli həmrəyliyi və vətənpərvərliyi yüksək səviyyəyə qaldıraraq Qarabağ məsələsinə prioritet və milli məsələ kimi yanaşmışdı.

Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək ordunu modernləşdirdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə etdi və Qarabağın işğaldan azad olunması üçün iqtisadi gücü reallaşdırdı. Bunun nəticəsində 2020-ci ildə Azərbaycan həm diplomatik, həm də hərbi baxımdan güclü mövqe ilə Qarabağ Zəfərini əldə etdi.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqları geri aldı. Bu qələbə təkcə müasir silahlarla deyil, Heydər Əliyevin qurduğu dövlətçilik ənənəsi, formalaşdırdığı ordu və gücləndirdiyi milli ruh sayəsində əldə edildi.

Heydər Əliyev yalnız siyasi lider deyil, həm də Azərbaycanın milli yaddaşını və dövlətçilik şüurunu formalaşdıran şəxsiyyət idi. Onun strategiyası və irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Qarabağ Zəfəri də dövlətimizin başçısının ideyalarının, xalqın birliyinin və güclü dövlət modelinin parlaq nəticəsi idi.

Xatırladaq ki, Heydər Əliyev milli həmrəyliyi və vətənpərvərlik ruhunu da gücləndirirdi. Dahi şəxsiyyət Qarabağ məsələsini təkcə siyasi və hərbi problem kimi deyil, həm də milli kimlik və mənəvi məsələ kimi təqdim edirdi. Onun çıxışlarında tez-tez səslənən “Qarabağ Azərbaycanın ürəyidir” fikri də bu istiqamətdə ideoloji xəttə çevrildi.

Vətən müharibəsində əldə edilən tarixi Zəfər bir daha göstərdi ki, milli birliyi qorumaq, strateji düşüncə ilə hərəkət etmək və vətənpərvərlik ruhunu gücləndirmək xalqı qalibiyyətə aparır. Heydər Əliyevin və İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun peşəkarlığı və xalqın iradəsi birləşərək Qarabağı azad etdi. Bu Qələbə həm keçmişin, həm də gələcəyin qürur mənbəyinə çevrildi. Beləliklə, bu tarixi hadisə həqiqi liderliyin və milli birliyin təntənəsi kimi tarixə yazıldı.

Şəlalə QULUZADƏ,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, ədliyyə müşaviri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see399

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see352

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see351

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see343

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see338

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see335

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see332

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see320

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see310

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see293

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see283

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see251

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see250

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see241

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see237

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see236

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see216

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see215

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri