2 il içində hər şey yox olacaq Tarixi fəlakətlə bağlı xəbərdarlıq
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Dünyanın qlobal təhlükəsizlik və iqtisadi sistem baxımından Soyuq Müharibədən bəri ən kritik iki ilinə qədəm qoyduğu bildirilir.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın Pentaqon və “RAND Corporation”un hesabatları, həmçinin Nostradamusun 400 illik kəhanətləri 2026-2027-ci illəri yalnız böyük bir müharibə üçün deyil, həm də qlobal sistemin ciddi çöküş riski üçün kritik dövr kimi göstərir.
Ekspertlər bildirirlər ki, nüvə silahının istifadə riski bu dövrdə 48%-ə yüksələ bilər. Qlobal tədqiqatçılar tərəfindən hazırlanmış “Qiyamət Saatı” cədvəli isə 89 saniyədə donub, bu da hərbi, maliyyə və tarixi fəlakətlərin eyni anda baş verməsi ehtimalını simvollaşdırır.
RAND və Pentaqonun 2025-ci ilin noyabr hesabatına görə, 2026-2027-ci illər Sakit Okeanda ABŞ-Çin gərginliyinin ən yüksək həddə çatacağı, Tayvana hücum riskinin artıracağı və ilk 72 saat ərzində on minlərlə ABŞ əsgərinin itirə biləcəyi dövr kimi qiymətləndirilir.
Çin isə süni intellektlə idarə olunan kiberhücumlar və Cənubi Çin dənizinin blokadası vasitəsilə “səssiz müharibə”ni alovlandırmaqla münaqişəyə hazırlaşır.
Nostradamusun kəhanətləri də Avropada gərginliyin artacağını göstərir. London, Cenevrə və Turin kimi şəhərlərdə qaçış çağırışları, Aralıq dənizində böyük donanma və Ukrayna müharibəsi ilə bağlı proqnozlar, Rusiya-NATO qarşıdurmasının genişlənməsi ehtimalına işarə edir.
Ekspertlər bildirirlər ki, 2027-ci il yalnız hərbi sahədə deyil, həm də qlobal maliyyə və tarixi sistemin çöküşü baxımından kritik bir il olacaq.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Dekabr 2025 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















