Icma.az
close
up
RU
2 manatdan 800 manata qədər... Gül mağazalarından FOTOREPORTAJ

2 manatdan 800 manata qədər... Gül mağazalarından FOTOREPORTAJ

Bizim media saytına istinadən Icma.az xəbər verir.

8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhərdəki gül mağazalarında canlanma müşahidə olunur.
Bayrama sayılı günlər qaldıqca insanlar analarını, həyat yoldaşlarını, bacılarını və sevdiklərini sevindirmək üçün gül dükanlarına üz tuturlar. Bu səbəbdən mağazalarda alıcıların sayı xeyli artır, müxtəlif növ və rəngdə güllərə tələbat yüksəlir.
Gül mağazalarında yalnız hazır buketlər deyil, həm də fərdi zövqə uyğun hazırlanmış kompozisiyalar təqdim olunur. Satıcılar bildirirlər ki, bayram günlərində sifarişlərin sayı adi günlərlə müqayisədə bir neçə dəfə artır. Buna görə də mağazalar daha çox gül tədarük edir və müştərilərə qiymətlərlə bağlı müxtəlif seçim imkanları təqdim etməyə çalışırlar.
Bizim.Media bəzi gül mağazalarındakı qiymətlərlə maraqlanıb, tələbatın daha çox hansı güllərə olduğunu öyrənib.
 

Satıcıların sözlərinə görə, hazırda ən ucuz gül nərgizdir. Bu gül 2 manatdan başlayıb 4.50-ə qədər təşkil edir. Tülpanın bir ədədi 2,  qızılgülün isə 6 manatdan başlayır. Satıcıların sözlərinə görə,  hazırda ən çox satılan güllər də elə nərgiz, tülpan və qızılgüldür. Qızılgülün ağ və qırmızı rəngliləri isə ən çox satılan növlərindəndir.


Buketlərin qiyməti tərkibindəki güllərin sayına görə dəyişir. Ən ucuz buket 20 manatdan başlayıb 700 manata qədər davam edir.
Ən bahalı 101 ədəd qızılgüldən ibarət buket isə 800 manata təklif edilir.
Dibçəkdə satılan güllərin qiyməti isə 20-50 manat arası dəyişir.
Satıcılar bildirir ki, bayramla əlaqədar olaraq, bütün gül qiymətləri artırılıb. Həmçinin, satıcılar alıcıların sayının da ötən illə müqayisədə daha az olduğunu deyiblər.
Satıcılardan birinin sözlərinə görə, gül almaq üçün müraciət edənlərin 20 faizi kişidirsə, 80 faizi qadınlardan ibarətdir.







Naibə Məmmədova, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri