2 şairi qarşılaşdırma: Hansı Stalini daha çox tərənnüm edib? “Babasını qorumaq istəyib”
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Səməd Vurğunun ev-muzeyinin direktoru, pianoçu Vurğun Vəkilov bir cümləsi ilə aləmi bir-birinə qatıb: “Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb”.
Sosial şəbəkədə yenə iki şairi qarşılaşdırma mühabisəsi yaranıb: Səməd Vurğun, yoxsa Mikayıl Müşfiq? Hansı üstündür? Kim daha çox sovet quruluşunu tərənnüm edib? Hansı
“Səməd Vurğun da, Mikayıl Müşfiq də, eləcə də Süleyman Rüstəm də Azərbaycan sovet ədəbiyyatının ilk nəslinə mənsubdurlar və bizim görkəmli klassiklərimizdir. Bu mənada, Azərbaycan xalqı onların hər birini öz ürəyindən çıxarmayıb, həmişə oxuyub və həmişə də oxuyacaqdır”. Dominos pizza
Bunu “Yeni Sabah”a yazıçı Qan Turalı bildirib.
Onun sözlərinə görə, Səməd Vurğuna qarşı tənqidlər həmişə olub:
“Açığı, Müşfiqin Stalin haqda yazdığı şeiri mən görməmişəm. Bu da təbiidir. Görünür, stalinizmin ifşasından sonra bu şeirlər kitablara salınmayıb. Ancaq Müşfiqin Lenin haqqında yazdığı şeirin son misrası yadımdadır: “Əsrin kürsüsünə çıxanda Lenin”. Ya da Trotski haqqında yazıb ki, gecələr aya baxıb hürən zavallı, ya Trotskidir, ya alabaş.
Bütün bunlar olubdur. Xatirələrdə oxumuşam, Səməd Vurğun Müşfiqin ölüm xəbərini bilmirdi, onunla bağlı Bağırovdan xahiş edib. O dövrdə siyasi edamlar haqqında məlumat verilmirdi. Bağırov da ona deyib ki, bir də Müşfiqin adını çəkmə. Səməd Vurğun Müşfiqin ölümünü eşidəndə Sabir bağında sarsılıb, rəngi ağarıb, orda oturub saatlarla siqaret çəkib. Onu görən bir dostuna isə belə deyib: “Bu gün böyük şair ölüb”.
Səməd Vurğun bütövlükdə Azərbaycan ədəbiyyatının klassikidir. Mənim onun haqqında bir neçə məqaləm olub. Hətta birində yazmışdım ki, Səməd Vurğun o qədər tənqid olunub ki, heç Stalin o qədər tənqid olunmayıb.
Ola bilsin ki, Səməd Vurğunun nəvəsi Vurğun bəy də bu narazılıqlardan və iradlardan çıxış edərək babasını qorumaq istəyib. Amma fikrimcə, Səməd Vurğunun bu cür qorunmağa ehtiyacı yoxdur, onun yaradıcılığı özü hər şeyi deyir.
Mikayıl Müşfiqə gəldikdə isə, bəli, onun da Stalin haqqında, Lenin haqqında şeirləri var. Hüseyn Cavidin də o ideologiyaya uyğun yazılmış əsərləri mövcuddur. Yəni bunlar hamısı bizim ədəbiyyatımızın görkəmli simalarıdır. İndiki dövrdən baxıb klassiklərimizi keçmişdəki bu addımlarına görə təftiş etmək düzgün deyil. Hər kəsin yaradıcılığında bu cür hallar, dövrün gətirdiyi hadisələr olub.
Bir məqamı da qeyd edim: Səməd Vurğunun repressiya olunmaması, Mikayıl Müşfiqin isə repressiya olunması faktından belə bir nəticə çıxarmaq olmaz ki, guya Səməd Vurğun hakimiyyətin rəğbət bəslədiyi bir şəxs olub, Müşfiq isə müxalif olub. Bu, tamamilə yanlış və ədalətsiz bir yanaşmadır. Onların yaradıcılığını bu cür siyasi çərçivələrlə qiymətləndirmək olmaz. Onların hər biri bizim üçün əzizdir. Onlar Azərbaycan ədəbiyyatını qoruyub saxlayıblar, Azərbaycan dilinə xidmət ediblər. Məhz onların yaradıcılığı sayəsində Azərbaycan ədəbiyyatında böyük zirvələr fəth edilibdir”.
Aytəkin Əzizqızı
Baxış sayı:118
Bu xəbər 09 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















