Icma.az
close
up
RU
Stalini dəfn edən KQB polkovniki

Stalini dəfn edən KQB polkovniki

Azpost saytına istinadən Icma.az xəbər verir.

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı, ehtiyatda olan polkovnik Vladlen Qurkovski  sovet rəhbəri İosif Stalinin Mavzoleydən götürülərək dəfn olunması prosesinin azsaylı şahidlərindən olub.

AzPost bildirir ki,  o, “Komsomolskaya Pravda”ya müsahibəsində Stalinin dəfn olunmasının təfərrüatlarını danışıb.  V. Qurkovski  həmin vaxt SSRİ-nin ali dövlət orqanlarını mühafizə edən Kreml polkunda xidmət edib.

 Onun sözlərinə görə, Stalinin cəsədinin Mavzoleydən götürüb basdırılması barədə qərar 1961-ci ilin oktyabrında verilib: “Stalinin dəfn edilməsi barədə sərəncamı SSRİ DTK-nın 9-cu İdarəsinin rəisi, general-polkovnik Nikolay Zaxarov aldı.  Xruşşov göstəriş vermişdi ki, dəfn mərasimi tam məxfi şəkildə həyata keçirilsin. Heç bir jurnalist, foto və s. olmamalı idi. Bu barədə Kremlin komendantı Andrey Vedeninə və Kreml polkunun komandiri Fyodr Konevə tapşırıq verilmişdi”.

Qurkovsi deyib ki, Vedenin polk komandirinə qəbri qazacaq əsgərlərin və tabutu aparacaq zabitlərin ayrılması  üçün əmr verdi: “31 oktyabr 1961-ci ildə Stalinin dəfn olunduğu gün mən SSRİ Hökumət Evinin binasını qoruyan karaul xidmətin rəisinin köməkçisi kimi xidmətdə idim.  Lenin Mavzoleyi və Kreml divarları bu mühafizənin nəzarətində idi.  Mənə dəfn prosesinə hazırlığı, dəfni izləmək və karaul rəisinə məruzə etmək tapşırıldı. Lenin Mavzoleyinə getdim. Həmin vaxt Stalinin nəşi olan sarkofaq artıq oradan götürülmüşdü və laboratoriyaya aparılmışdı. Mən Qırmızı Meydana getdim. Hər şey normal idi. Kremldə dülgər emalatxanasına daxil oldum. Orada tabutu hazırlayırdılar. Adi şam ağacından idi”.

Saat 20.00-da karaul rəisi Qurkovskiyə dəfn mərasimi olacaq məkana getməyi tapşırır. Bir azdan ora DTK-nın 9-cu İdarəsinin rəisi, general Vladimir Çkalov gəlir: “Mənə Stalinin dəfni ilə bağlı beş nüsxədə aktın çap edilməsi üçün çap maşinisti tapmağı əmr etdi.   Hökumət evində bir qadın çapçı bunu hazırladı.  Dəfn yerinə hökumət komissiyasının üzvləri gəlməyə başladı.  Dəfn saat 22.00-yə təyin olunmuşdu. Kreml polkunun 8 zabiti Lenin Mavzoleyinin böyür tərəfindən Stalinin tabutunu gətirdilər.  O zabitlərdən biri –Nikolay Pançenko sağdır. O, Stalinin cəsədi qoyulmuş labratoriyada olmuş yeganə zabitdir”.

 Dəfn komissiyasının sədri Nikolay Şvernik Stalinin kitelindən Sovet İttifaqı Qəhrəmanı Qızıl ulduzunun çıxarılmasını və qızıl düymələrin qoparılmasını Mavzoleyin komendantına göstəriş verir. Onların hamısı SSRİ Ali Sovetinin orden mühafizə xidmətinə təhvil verildi: “Tabutun üstünü örtüdlər. Bu zaman məlum oldu ki, tabutun qapağını tikmək üçün mıx yoxdur. Tez mıx gətizdridilər. Polkun zabitləri tabutu çiyinlərinə götürdülər. İrəlidə Şvernik gedirdi. İki tərəfdən onu şəxsi mühafizənin iki zabiti müşaiyət edirdi.  Mən hamısını görürdüm.  Şvernik çox çətinliklə gedirdi, ağlayırdı.  Qəbrə yaxınlaşdıq. Qayda üzrə tabutu kəndirlə məzara salladıq. Rus adətincə tabutun üstünə 3 ovuc torpaq tökdük. Sonra torpaqladıq. Üzərinə beton plitə qoyduq.

Bir neçə ildən sonra büst qoydular. Tabut məzara endirilən zaman Qırmızı Meydanda  hərbi texnikanın 7 noyabrla bağlı parada hazırlığı gedirdi.  Bu sanki generalissimusa simvolik vidalşama oldu”.

Qurkovski bildirib ki, dəfndə cəmi 25 nəfər iştirak edib: “Belə şaiyələr yayılmışdı ki, guya camaatı Qırmızı Meydandan qovublar. Belə şey olmayıb. Saat 18.00-dan Meydan parada görə bağlı idi. Dəfn yerində bir nəfər də artıq adam yox idi. Əhali Stalinin dəfn olunduğunu noyabrın 1-də bildi. Krmeldə qulluq etdiyim və ondan xeyli illər sonra da Stalinin dəfni ilə bağlı heç vaxt danışmamışam”.

Qeyd edək ki, 1953-cü ildə vəfat edən Stalinin nəşi Leninlə birlikdə Mavzoleyə qoyulub.

V.Qurkovski sonralar DTK tərəfindən ABŞ-a göndərilib və orada qeyri-leqal iş üzrə çalışıb.  83 yaşlı Qurkovski Moskvada yaşayır. Tarix elmləri doktorudur.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 May 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri