Icma.az
close
up
RU
20 dəfə uğursuz olub, 21 cidə milyarder oldu

20 dəfə uğursuz olub, 21 cidə milyarder oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Apoorva Mehtanın hekayəsi sübut edir ki, bəzən uğura çatmaq üçün dəfələrlə yıxılmaq lazımdır.
Valyuta.az xəbər verir ki, 0, “Instacart”ı qurmamışdan əvvəl 20 müxtəlif startap sınaqdan keçirmişdi və hamısı uğursuzluqla nəticələnmişdi. Lakin o, dayanmadı və bu inadkarlıq sonradan milyonlarla insanın gündəlik həyatını dəyişən bir ideyaya çevrildi.
Kanadada doğulan Mehta mühəndislik təhsili almış, bir müddət “Amazon”da logistik sistemlər üzərində işləmişdi. O, daim öz işindən daha mənalı bir şey yaratmaq istəyirdi. Bir gün evə gəldiyində soyuducusunun boş olduğunu və ərzaqları asan yolla sifariş edə bilmədiyini gördü. Bu, “Instacart”ın yaranmasına səbəb olan an idi.
2012-ci ildə o, San-Fransiskoda kiçik bir komanda toplayaraq tətbiqi qurdu. İlk sifarişləri özü çatdırır, istifadəçilərlə birbaşa əlaqə saxlayırdı. Az sonra “Instacart” ABŞ-da ən populyar ərzaq çatdırma platformalarından birinə çevrildi. Xüsusilə pandemiya dövründə evdə qalmaq məcburiyyətində olan insanlar üçün bu tətbiq həyat qurtaran xidmətə çevrildi.
Şirkətin dəyəri 2021-ci ildə 39 milyard dollara qədər yüksəldi və Apoorva Mehta həmin dövrdə “Forbes”in milyarderlər siyahısına daxil oldu. 2023-cü ildə “Instacart” birjada listinqə çıxdı və bazar dəyəri təxminən 10 milyard dollar səviyyəsində qiymətləndirildi. 2024-cü ilin maliyyə hesabatlarına görə, şirkətin illik gəliri 3,3 milyard dollara çatıb, xalis mənfəəti isə 457 milyon dollar olub. Platformada bir il ərzində 33 milyard dollardan çox dəyərində əməliyyat həyata keçirilir.
Hazırda Apoorva Mehtanın sərvəti təxminən 850–900 milyon dollar civarındadır. O, artıq şirkətin gündəlik idarəçiliyində iştirak etmir, lakin “Instacart”da pay sahibi və strateji məsləhətçi kimi qalır. Hekayəsi sadə, amma güclü bir dərs verir - uğur ilk cəhddə gəlməyə bilər, amma hər uğursuz addım sonrakı nailiyyətin pilləsidir.
“Instacart” bu gün sadəcə çatdırma xidməti deyil, həm də süni intellektə əsaslanan reklam və məlumat analitikası şirkətinə çevrilib. Şirkətin 2024-cü ildə reklam gəlirləri 1 milyard dolları keçib və bu istiqamət sürətlə böyüyür.
Apoorva Mehta bir müsahibəsində deyirdi:
"Mən 20 dəfə uğursuz oldum, amma bir dəfə düzgün qərar verdim və bu, hər şeyi dəyişdi"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri