Bakı sakinlərinə ÇAĞIRIŞ: 20 21 noyabr gecə saatlarında...
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda noyabrın 20-si və 21-də bir sıra avtomobil yollarında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.
Məlumata görə, noyabrın 20-də saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Elektronika məhsulları
Bu səbəbdən qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
Hava limanından şəhər mərkəzinə hərəkət etmək istəyən sürücülər Zığ yolundan istifadə edərək “8 Noyabr” prospektinə çıxa bilərlər.
Noyabrın 21-də isə saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Bu istiqamətdə hərəkət edən sürücülər Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsi, Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələrindən istifadə edə bilərlər. Alternativ olaraq “8 Noyabr” prospektindən Zığ şosesinə keçmək də mümkündür.
DYP əməkdaşları ərazidə hərəkətin tənzimlənməsini və nəqliyyat vasitələrinin alternativ istiqamətlərə yönləndirilməsini təmin edəcəklər.
Sürücülərdən qeyd olunan tarixlərdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 19 Noyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















