Icma.az
close
up
RU
20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

20 dəqiqə havada asılı qalan pilotun HEKAYƏSİ

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Bu gün hava səyahətləri adi hala gəlsə də, insanlar bəzi ölümcül qəzalarla da qarşılaşa bilərlər. Pilot Timoti Lankaster Oksfordşirdə heyrətləndirici təyyarə qəzası keçirib və 20 dəqiqə havada qalıb. 

Sfera.az bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir. 

Timoti Lankaster təxminən 8 min metr yüksəklikdə təyyarənin kokpitindən atılıb.

Timoti Lankaster 10 iyun 1990-cı ildə adi bir gündə BAC1-11-500 təyyarəsi ilə missiyaya çağırılıb.

Təyyarənin özü 1988-ci ildə “British Airway” donanmasına gətirilmiş və bir çox missiyalar üçün istifadə edilmişdi. “British Airways”in bu reysində dörd kabin heyəti və iki pilot da daxil olmaqla cəmi 81 sərnişin olub.

Təyyarənin pilotu 42 yaşında olan və on bir mindən çox uçuş saatı olan kapitan Tim Lankaster idi. 

Alastair Atchsion 39 yaşında olan və yeddi min beş yüz saatdan çox uçuşu olan ikinci pilot idi. Hər iki pilot çox təcrübəli olsalar da, uçuş zamanı baş verən bəzi müsibətlər onları rahat buraxmayıb.

Uçuşdan əvvəl iki ümumi yoxlama aparılsa da, heç bir problem müşahidə edilməyib.

Təyyarə saat 8.33 radələrində Birmingem hava limanından havaya qalxıb. Ümumi hava şəraitini nəzərə alsaq, o zaman turbulentlik səviyyəsi olduqca normal idi. Ticarət təyyarələri səkkiz min beş yüz metrə yaxın uçsa da, BAC 1-11-500 nisbətən kiçik bir təyyarə idi. Buna görə də səkkiz min metr hündürlükdə gəzirdi.

Uçuşdan təxminən yarım saat sonra pilot kabinəsinin iki şüşəsi sınıb.

Bu, kabindəki təzyiqi azaldıb və Tim Lankasteri kabinədən bayıra atıb. Lakin Lankaster çox şanslı idi, uçuş xidmətçisi Naycel Oqden pəncərədən tam çıxmamış Lankasterin topuqlarından tutub.

"Mən ön şüşənin itdiyini və Timotinin oradan çıxdığını gördüm. Təhlükəsizlik kəməri də itmişdi və mən yalnız onun ayaqlarını görürdüm".

İkinci pilot Atchison təcili enişi davam etdirmək üçün Sauthempton hava limanına mümkün qədər tez getməyə çalışırdı. Atchison idarəedicilərlə danışarkən Naycel Oqden idarəetməni itirməyə başlayıb.

Oqdenin daha çox dayana bilməyəcəyi aydın olanda Timotinin ayaqları stula bağlanır.

Bütün bunlar baş verərkən Lankasterin köynəyi küləyin gücündən qopmuşdu. Bu prosesin ən pis tərəflərindən biri də bütün vaxt ərzində Timotinin gözlərini yuma bilməməsi idi. Nəticədə o, daim səmada potensial ölümü görməyə məcbur olmuşdu.

"Ən dəhşətlisi o idi ki, gözlərim lap açıq idi. Bu mənzərəni ölənə qədər heç vaxt unutmayacağam".

Saat 08.50 radələrində təyyarə Sauthempton hava limanına uğurla eniş edib və pilot kabinəsinə qayıda bilib. Təcili xidmətlər təyyarəni yerə endirmək və kapitana ilkin tibbi yardım göstərmək üçün orada gözləyib.

Təyyarə eniş etdikdən sonra Timotinin yalnız yüngül xəsarətlər aldığı məlum olub. Təcili yardım işçiləri bir az daha çox hündürlükdə qalsa, oksigen çatışmazlığından ölə biləcəyini bildiriblər.

Xanım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyun 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see281

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see268

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see268

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see252

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see227

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see226

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see224

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see222

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see215

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see212

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see199

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see193

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see190

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see187

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see181

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see180

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see178

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see177

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri