20 ilə yaxın "Çelsi" karyerası başa çatdı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Çelsi" müdafiəçisi Trevoh Çalobahın "Komo"ya transferini rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, 26 yaşlı ingiltərəli futbolçu İtaliya klubu ilə müqavilə imzalayıb. Bununla da Çalobahın "Çelsi"dəki 20 ilə yaxın karyerası başa çatıb.
Çalobah 9 yaşında London klubunun akademiyasına qoşulub. O, "İpsviç", "Haddersfild" və "Loryan"da icarə əsasında çıxış etdikdən sonra "Çelsi"nin əsas komandasına yüksəlib.
Müdafiəçi "Çelsi" ilə UEFA Superkubokunu qazanıb, həmçinin Premyer Liqadakı debüt oyununda "Kristal Pelas"a qarşı qol vurub.
Qeyd edək ki, Çalobah DÇ-2026-da İngiltərə millisinin heyətində iştirak edib. O, karyerasını Çempionlar Liqasında ilk dəfə çıxış edəcək "Komo"da davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Avqust 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















