Icma.az
close
up
RU
20 maddəlik sülh planı Kremlin susqunluğu, yoxsa müharibəyə davam

20 maddəlik sülh planı Kremlin susqunluğu, yoxsa müharibəyə davam

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski danışqılardan sonra Donald Trampın təklif etdiyi 20 maddəlik sülh planının son versiyasını açıqlayıb.

20 maddəlik planını aşağıdakı kimi təsnifatlaşdırmaq olar: 

Hərbi sahə: Rusiyanın işğal  və hücumu dayandırması, 800 minlik ordu, NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, cəbhə xətti boyunca monitorinq və beynəlxalq qüvvələr.

Siyasi sahə: Ukraynanın suverenliyi, ərazi bütövlüyü, Donbas və digər bölgələrdə mövcud cəbhə xəttinin tanınması, gücdən istifadə etməmək.

İqtisadi sahə: Qlobal inkişaf paketi, infrastruktura və resurslara sərmayə, humanitar fondlar, ABŞ ilə azad ticarət.

Humanitar sahə: Məhbus və əsir mübadiləsi, dini və mədəni tolerantlıq.

Hüquqi çərçivə: Saziş hüquqi məcburiyyətlidir, icraya nəzarət üçün ABŞ-dan və beynəlxalq tərəflərdən ibarət sülh şurası.

Plan çox genişdir və həm Ukrayna, həm Rusiya, həm də ABŞ və NATO maraqlarını nəzərə alır. Amma bu genişlik həm də onun icrasını çətinləşdirir. Çünki proseddə çoxlu tərəf və bu səbəbdən də maraqların toqquşması məsələsi var.

Təhlükəsizlik zəmanətləri: NATO-ya üzvlük tələbi yoxdur, amma ABŞ və bir sıra ölkələrin koordinasiyalı hərbi müdaxiləsi nəzərdə tutulur. Bu isə Moskva tərəfindən hələlik qəbul edilməyib.

İcra mexanizmləri: Monitorinq, sülh şurası və beynəlxalq nəzarət mexanizmləri planın bir hissəsi olsa da, bunlar hələ işlək mexanizmə çevrilməyib.

Sülhün mümkünlüyünə gəldikdə isə indiki şəraitdə belə bir razılaşmanın əldə olunması mümkün görünmür. Buna ilk növbədə sülh planındakı müddəlar imkan vermir. Bunu ABŞ, Kiyev və Avropa da yaxşı anlayır.

Ağ Ev də tezliklə sülühn əldə olunmasına artıq inanmır. ABŞ vitse-prezidenti C.D. Vensin Ukrayna üzrə sülh danışıqları ilə bağlı açıqlamaları prosesin yeni mərhələyə keçdiyini göstərsə də, eyni zamanda sülhün hələ də zəmanət altında olmadığını açıq şəkildə ortaya qoyur. Vensin fikrincə, hazırkı “irəliləyiş” klassik mənada razılaşma deyil, tərəflərin reallıqları açıq şəkildə masaya qoymasıdır. Bu mövqe onu göstərir ki, danışıqlar emosional və siyasi ritorika mərhələsindən çıxaraq real güzəştlər və itkilər üzərində qurulan mərhələyə daxil olub. Bu isə həm fürsət, həm də risk deməkdir.

Ağ Ev rəsmisi Vens də sülh mümkünlüyü ilə bağlı qeyri-müəyyən mövqe ortaya qoyub. “Bu gün burada oturub, sülh yolu ilə həll yoluna çatacağımızı qəti şəkildə deməzdim. Düşünürəm ki, bunu etmək şansımız da var, etməmək şansımız da var”,-Vens qeyd edib.

Bu açıqlama Vaşinqtonun mövqeyini aydın göstərir ki, ABŞ prosesi irəli aparır, lakin nəticəyə zəmanət vermir. Bu, həm Rusiyaya, həm də Ukraynaya yönəlmiş siyasi mesajdır. Bununla Ağ Ev məsuliyyəti artıq tərəflərin üzərinə qoyur.

Sülh planında ən kritik məqamlara gəldikdə, bu yendə də ərazi və təhlükəsziliklə bağlı olan məsələlərdir.

Donetsk və digər şərqi bölgələr: Zelenski bəyan edib ki, bu ərazilərin bir hissəsinə nəzarəti saxlayır. Rusiya isə bu bölgələrdə atəşkəs və ərazi güzəştləri tələb edir. Bu, planın ən həssas “kilid nöqtəsidir”.

Ən ciddi problem Donetsk bölgəsi ilə bağlıdır. ABŞ vitse-prezidenti Vensin bu məsələdə dedikləri danışıqların ən həssas nöqtəsini açıq şəkildə ortaya qoyur:

“Ruslar Donetsk üzərində nəzarət istəyirlər, ukraynalılar isə bunu ciddi təhlükəsizlik məsələsi kimi görürlər”.

Bu ziddiyyətin səbəbi də aydındır.  Bu məsələ Rusiya üçün ərazi və nüfuz problemidir, Ukrayna üçün isə gələcək təhlükəsizlik arxitekturası.

Daha diqqətçəkən məqam isə Vensin Ukrayna nümayəndələrinin qapalı müzakirələrdə etirafı ilə bağlı dedikləridir:

“Ukraynalılar özəl şəkildə etiraf edirlər ki, nəticədə Donetsk bölgəsini itirəcəklər… Məsələ bunun nə vaxt baş verəcəyidir-12 ay ərzində, yoxsa daha sonra”.

Reallıq isə ondan ibarətdir ki, plan yalnız bir baza sənədidir. Rusiya ilə razılaşma olmadan sülh mümkün deyil. Kremlin indiki mövqeyi planı qəbul etməyə yaxın görünmür.

Zaman faktoruda burada mühüm amildir. Planın icrası aylar, bəlkə də illər çəkə bilər. Ən həssas mövqe Donetsk və digər şərqi bölgələrdəki hərbi və siyasi güzəştlərdir.

Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, 20 maddəlik plan strateji baza rolunu oynayır.Tərəflərin üzərində işləyə biləcəkləri bir sənəd var.

Sülh tezliklə mümkün deyil. Ərazi ziddiyyətləri və təhlükəsizlik məsələləri hələ də açıqdır.
Planın həyata keçməsi üçünsə Rusiyanın konkret razılıqları, işlək monitorinq və sanksiya mexanizmləri, humanitar və iqtisadi fondların təşkili, Donbas və digər bölgələrdə siyasi kompromis tələb olunur.

ABŞ və digər qlobal aktorlar sülh prosesində vasitəçi və nəzarətçi rolunu oynayacaq, amma nəticəyə zəmanət verə bilməzlər.

Beləliklə, qısamüddətli perspektivdə Rusiya-Ukrayna arasında atəşkəs və hissə-hissə güzəştlər mümkündür.

Orta və uzunmüddətli perspektivdə isə tam sülh üçün diplomatik danışıqlar, beynəlxalq təzyiq və təhlükəsizlik zəmanətləri üzərində ciddi iş tələb olunur.

Yekun olaraq demək olar ki, 20 maddəlik plan sülh üçün baza yaradır, amma Kremllə razılaşma olmadan sülh yaxında mümkün görünmür.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri