Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Analitik: Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır

Analitik: Kremlin susqunluğu münasibətlərdə yeni gərginlik siqnalıdır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aytən Qurbanova: Prezidentin çıxışı Azərbaycanın milli maraqlarının müdafiəsidir


Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycanın üzərinə düşmədiyini bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Rusiyada azərbaycanlılara qarşı əsassız hücumlardan danışarkən qeyd edib ki, Azərbaycan yalnız konstruktiv və hüquqi şəkildə cavab verir, lakin heç vaxt Azərbaycana qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcək.

“Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Eyni zamanda Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu.

"Birincisi, ilk növbədə, təyyarəyə atəş açılmamalı idi, çünki Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdır. Həmin təyyarə qəzaya düşməzdən iki həftə əvvəl Rusiyanın həmin şəhərinə uçan digər təyyarəmiz oxşar hal ilə üzləşmiş, ona vaxtında müvafiq xəbərdarlıq verilmiş və həmin təyyarə geri dönmüşdü. Bu dəfə bu siqnalı vermədilər. Təyyarə artıq vurulandan sonra siqnal verdilər. Bunu yalnız araşdırma prosesini aparacaq şəxsləri çaşdırmaq üçün etdilər. İki dəfə atəş açdılar. Yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verdi. Xoşbəxtlikdən təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş etdi. Enişdən sonra qəza baş verdi. Bəzi sərnişinlər sağ qaldı, bizdə ifadə verənlər var. Təyyarədə olan, gövdəyə daxil olan qəlpələrdən yaralanan iki nəfər var. Təyyarənin qalıqları da var və mən dərhal heyəti oraya göndərdim. Uzaq deyil, uçuş cəmi 40 dəqiqədir. Komandamız dərhal oraya getdi və hər şeyi lentə aldı. İnternetdə tapa bilərsiniz. Bütün gövdədə qəlpə dəlikləri var idi. O, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Beləliklə, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi", - Prezident İlham Əliyev vurğulayıb.


Politoloq Aytən Qurbanova Sherg.az-a deyib ki, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələrə dair səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara, beynəlxalq hüquq normalarına və diplomatik prinsiplərə əsaslanan prinsipial mövqeyinin açıq təzahürüdür:


"Dövlət başçımız bəyan etdi ki, Azərbaycan yalnız konstruktiv və hüquqi çərçivədə cavab verir. Lakin təhlükəsizlik və milli ləyaqət məsələlərində təcavüz və hörmətsizlik hallarına qarşı dözümlülük göstərməyəcək. Bu bəyanat xüsusilə son dövrlərdə Rusiyada azərbaycanlılara qarşı müşahidə olunan təzyiqlər, ayrı-seçkilik, qeyri-insani rəftar və hətta qətllər fonunda verilmiş qətiyyətli və açıq mesajdır. Həyata keçirilən bu addımlar yalnız insan hüquqları kontekstində deyil, eləcə də Azərbaycanın milli təhlükəsizlik maraqlarına birbaşa toxunan amillər kimi qiymətləndirilməlidir. Hadisələrin gedişatı göstərir ki, söhbət yalnız fərdi hüquq pozuntularından yox, həm də Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli Rusiya vətəndaşlarına qarşı sistemli və qərəzli münasibətdən gedir. Dövlət başçımızın qeyd etdiyi kimi münasibətlərin gərginləşməsinə görə məsuliyyət Azərbaycan tərəfinin deyil, hadisələrə obyektiv və adekvat reaksiya verməyən qarşı tərəfin üzərinə düşür. Cənab Prezidentin çıxışında vurğulanan məsələlər, yəni zorakılıq halları, məlumatların rəsmi qurumlar tərəfindən gizlədilməsi və ziddiyyətli açıqlamalar Rusiya tərəfinin bu məsələdə yetərli şəffaf və məsuliyyətli yanaşma nümayiş etdirmədiyini göstərir".


Analitik vurğulayıb ki, rəsmi Kremlin uzunmüddətli susqunluğu və paralel olaraq azərbaycanlılara qarşı təzyiqlərin davam etməsi artıq nəinki təsadüfi hal deyil:

"Üstəlik, bu, Rusiya daxilində sistematik münasibət dəyişikliyinin potensial əlamətləri kimi dəyərləndirilə bilər. Bu isə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin gələcək inkişaf perspektivləri üçün ciddi narahatlıq doğurur. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi Azərbaycanın mövqeyi konstruktiv, hüquqi və strateji səbrə əsaslanır. Lakin paralel olaraq səsləndirilən “heç vaxt hörmətsizliyə dözməyəcəyik” bəyanatı dövlətimizin qırmızı xəttini və prinsipial mövqeyini də aydın şəkildə ortaya qoyur. Bu, Azərbaycan üçün xalqın təhlükəsizliyinin, milli ləyaqətinin və dövlət maraqlarının istənilən geosiyasi kontekstdə kompromisə getməyəcək dəyərlər olduğunu təsdiqləyir. Cənab Prezidentin çıxışı beynəlxalq ictimaiyyətə açıq və konkret mesaj verərək Azərbaycan dövlətinin öz vətəndaşının hüququnun və ləyaqətinin pozulmasına heç bir halda göz yummayacağını və bu məsələdə güzəştə getməyəcəyini bir daha bəyan etmiş oldu. Rəsmi Kremlin bu hadisələrə münasibətdə nə qədər susqunluq nümayiş etdirəcəyi və hansı səviyyədə məsuliyyətli yanaşma sərgiləyəcəyi isə yalnız ikitərəfli münasibətlərin gələcək trayektoriyasına deyil, eləcə də Rusiya Federasiyasının regionda etibarlı tərəfdaş kimi qəbul olunub-olunmamasına birbaşa təsir edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri