20 ölkə Trampa qarşı çıxdı: Ukraynaya dəstək Makron
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Parisdə qeyri-rəsmi sammitin nəticələri haqda danışarkən deyib.
“Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”, - Makron bildirib.
O vurğulayıb ki, Ukrayna sülhə nail olmaq səylərində iştirak etməli və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır.
Qeyd edək ki, ötən gün baş tutan sammitdə videobağlantı vasitəsilə Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları iştirak ediblər.
Bundan əlavə, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun Baş naziri Luk Friden də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Fevral 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















