Icma.az
close
up
RU
Çin Trampa qarşı çıxdı

Çin Trampa qarşı çıxdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidenti Donald Trampın Qəzzanı "ələ keçirib" və bölgədə yaşayan fələstinliləri qonşu ölkələrə yerləşdirmə planına qarşı çıxıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazir Vanq Ümumçin Xalq Nümayəndələri Konqresinin illik ümumi yığıncağı çərçivəsində paytaxt Pekində "Çinin Xarici Siyasəti və Xarici Əlaqələr" adlı mətbuat konfransı keçirib. Yığıncaqda Çinin Yaxın Şərqdəki rolu və Trampın Qəzza planı ilə bağlı suala cavabında Vanq, "Qəzza fələstinlilərə məxsusdur, Fələstin ərazisinin ayrılmaz hissəsidir. Qəzzanın statusunun güc yolu ilə dəyişdirilməsi sülh deyil, yalnız xaos gətirəcək",- deyib. 

Çinin Misir və digər ərəb ölkələrinin Qəzzada sülhü təmin etmək planını dəstəklədiyini ifadə edən Vanq ABŞ-ni adını çəkmədən tənqid edib: 

“Əgər böyük ölkə həqiqətən Qəzza xalqının qayğısına qalırsa, hərtərəfli və davamlı sülhü təşviq etməli, humanitar yardımları artırmalı, “Fələstin hakimiyyəti” prinsipinə riayət edərək Qəzzanın yenidən qurulmasına töhfə verməlidir”. Yaxın Şərqdə sülh olmadan dünyada sabitliyin əldə edilə bilməyəcəyini vurğulayan Vanq sözlərini belə davam etdirib: 

"Fələstin məsələsi həmişə Yaxın Şərq probleminin mərkəzində olub. İsrail-Fələstin münaqişəsi daim təkrarlanır, çünki iki dövlətli həllin yalnız yarısı həyata keçirilib. İsrail dövləti uzun müddətdir var, lakin Fələstin Dövləti hələ də əlçatmazdır. Beynəlxalq ictimaiyyət növbəti dövrdə iki dövlətli həllə daha çox diqqət yetirməli və bundan sonra ən müstəqil Fələstin dövlətinə daha çox dəstək verməlidir. Ərəb və yəhudi xalqları daimi dostluq şəraitində yaşaya bilərlər”. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri