“20 Sentyabr Azərbaycanın taleyini dəyişən gündür” Musa Qasımlı
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
“20 Sentyabr qədim və zəngin dövlətçilik tariximizin ən şanlı hadisəsidir. Bu gün yalnız ölkəmizin ərazisində dövlət suverenliyinin tam bərqərar olunması ilə məhdudlaşmır, həm də millətimizin taleyini dəyişən, qarşısında yeni üfüqlər açan, ən yeni Azərbaycanın əsasını qoyan tarixi dönüş nöqtəsi kimi yadda qalır”.
Xalqcebhesi.az-a müsahibəsində Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, bu tarixi hadisənin memarı Prezident İlham Əliyevdir: “20 Sentyabr sıradan bir gün deyil. Bu, Cənab Prezidentin rəhbərliyi altında millətimizin təkcə işğalçı dövlət deyil, həm də onların havadarları üzərində qazandığı möhtəşəm qələbədir”.
Deputat əlavə edib ki, 20 Sentyabr tarixi Azərbaycan xalqı üçün əbədi olaraq yaşadılacaq: “Min illər keçəcək, millətimiz və dövlətimiz var olduqca bu şanlı tarix daim bayram ediləcək”.
Günel Elxan


