Icma.az
close
up
RU
20 Yanvar faciəsi müstəqillik və milli azadlıq uğrunda mübarizə zirvəsi

20 Yanvar faciəsi müstəqillik və milli azadlıq uğrunda mübarizə zirvəsi

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


20 Yanvar faciəsi xalqımızın tariximizdə milli ləyaqətin, azadlıq iradəsinin və qəhrəmanlığın təcəssümü kimi xüsusi yer tutur. Qanlı Yanvar hadisələri Sovet totalitar sisteminin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biridir.
1990-cı il yanvar hadisələri təsadüfi şəkildə baş verməmişdi. Bu faciəyə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması ilə başlanmışdı. Regionda süni şəkildə yaradılan gərginlik fonunda xalqın haqlı etirazlarını sakitləşdirmək əvəzinə, Sovet rəhbərliyi zorakılıq yolunu seçərək dinc əhaliyə qarşı hərbi güc tətbiq etdi. Bu addım insanlıq əleyhinə törədilmiş ağır cinayət idi.
1990-cı il yanvarın ortalarından etibarən SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin və digər xüsusi təyinatlı hərbi birləşmələrin 66 mindən artıq əsgər və zabiti Bakıya gətirildi. Ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, eləcə də hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb olunmuşdu. Qoşunlar Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi ki, bu da əməliyyatın əvvəlcədən planlaşdırıldığını açıq şəkildə göstərirdi.
Həmin il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP) baş katibi Mixail Qorbaçovun birbaşa əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və bir sıra rayonlara yeridildi. Qadın, uşaq, qoca demədən dinc vətəndaşlar tanklardan, zirehli maşınlardan və müxtəlif tipli silahlardan atəşə tutuldu. Bu, sovet ordusunun işğalçı qüvvəyə çevrildiyini göstərən qanlı sübut idi.
“Bakı əməliyyatı”na birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini Filip Babkov rəhbərlik edirdilər. Fövqəladə vəziyyət barədə əhali əvvəlcədən məlumatlandırılmamışdı. Rəsmi olaraq fövqəladə vəziyyət yanvarın 20-də saat 00:00-da tətbiq edilsə də, qoşun hissələri artıq yanvarın 19-da saat 21:00-dan etibarən Türkan–Qala istiqamətindən şəhərə daxil olmuşdu. Fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 nəfər qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı.
Kütləvi insan qırğını törədildikdən sonra – 1990-cı il yanvarın 20-də səhər saat 5:30-da Bakı şəhərinin komendantı V.Dubinyak radio vasitəsilə fövqəladə vəziyyət elan edildiyini bildirdi. Həmin vaxta qədər tanklardan və zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Nəticədə respublika üzrə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdi. 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilmiş, dövlətə və vətəndaşlara 5 milyon 637 min rubl məbləğində maddi ziyan vurulmuşdu.
20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı bütün siyasi və hüquqi dayaqlarını sarsıtdı. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti pik həddə çatdı, minlərlə insan biletlərini ataraq partiya sıralarını tərk etdi. Bu hadisə Sovet sisteminin artıq xalq iradəsinə qarşı dura bilmədiyini göstərdi.
Faciənin ertəsi günü – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi. Ulu Öndər 20 Yanvar hadisələrini hüquqa, demokratiyaya və humanizmə zidd cinayət adlandırdı, mərkəzi Sovet rəhbərliyini və o dövrkü respublika rəhbərlərini açıq şəkildə ittiham etdi. Bu qətiyyətli mövqe xalqın ruhunu dirçəldən tarixi cəsarət nümunəsi oldu.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Qəbul olunan qərarlarda bu hadisə totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi təsbit edildi, günahkarlar konkret şəkildə göstərildi.
Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksi və Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. “20 Yanvar şəhidi” fəxri adı təsis edilmiş, şəhid ailələrinə və hadisələr zamanı əlillik almış şəxslərə dövlətimiz tərəfindən sosial dəstək göstərilmişdir. Son illərdə həyata keçirilən sosial islahatlar nəticəsində təqaüdlər, müavinətlər, mənzil və avtomobil təminatı əhəmiyyətli dərəcədə artırılmışdır.
20 Yanvar tarixində xalq öz müstəqilliyi uğrunda ilk böyük qurbanlarını verdi. Bu hadisə milli kimliyin formalaşmasına, dünya azərbaycanlılarının təşkilatlanmasına və azadlıq ideyasının dönməz xarakter almasına güclü təkan verdi. Şəhidlərin ruhu azad, suveren və güclü Azərbaycanda ehtiramla yad olunur. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə suverenliyin tam bərpası 20 Yanvar şəhidlərinin verdiyi qurbanların müqəddəsliyini bir daha təsdiqlədi.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri