Icma.az
close
up
RU
20 Yanvar qatillərinin nadir FOTOsu

20 Yanvar qatillərinin nadir FOTOsu

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvar müasir Azərbaycan tarixinə həm xalqımızın qəhrəmanlıq nümunəsi ortaya qoyduğu, həm də qanlı bir qırğının baş verdiyi ay kimi düşüb. 20 yanvar gecəsi sovet ordusunun Bakıda tanklardan, pulemyot və avtomatlardan açdıqları atəş səsləri vəhşicəsinə qətlə yetirilmiş sadə sovet vətəndaşı olan xeyli sayda azərbaycanlı üçün "əcəl zəngi"nə çevrildiyi kimi, elə 1990-cı ilin şaxtalı qış günü şəhər küçələrində yerə sərilmiş insan cəsədləri üzərindəki ağlaşma, hayqırtı və gəmilərdən səslənən boğuq etiraz siqnalı həm də SSRİ-nin süqutunu elan edən final fiti oldu.

Bu qəddar akta qol çəkən SSRİ prezidenti Mixail Qorbaçov və sovet hərbi rəhbərliyi günahsız insanların ölümüylə imperiyanı qoruyub saxlamağa çalışsalar da, bu qanlı haqdisə Azərbaycanın müstəqilliyi uğrunda baş qaldıran böyük bir hərəkatın əsasını qoydu...

Bu qanlı cinayət isə Rusiyanın müxtəlif yerlərində ehtiyatda olan rezervistlərin əli ilə həyata keçirilimişdi. Ordu ilə birgə hərəkət edən bu başkəsənlər Bakıda dinc əhaliyə qarşı xüsusi qəddarlıqla seçilmişdilər.

Milli.Az azpost-a istinadən bir fotonu təqdim edir:

Bakı. 18 yanvar. 1990-cı il. Qala hərbi aerodromu.  Rostovdan gətirilmiş "rezervist"lər Bakıdakı sovet hərbi hissələrinə aparılır.

Hərbi paltar geymiş bu cəlladlar 2 gün sonra Bakıda xalqı gülləbaran edəcək, 100-lərə dinc sakini - qoca, qadın, uşağı öldürəcəklər.

Onları elə qırğından sonra da bu nəhəng təyyarə ilə geriyə aparacaqlar. "Mavr işini gördü, mavr gedə bilər".

Amma cinayətin qanlı ləkəsi onların ömründə əbədi qalacaq.

Bu şəkil cəlladların açıq yayılan ilk fotosudur.

Həmin gecə tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarmı basaraq barrikadalardan keçirdi. Şahidlərin sözlərinə görə, əsgərlər qaçan adamları atəşə tutur, yaralıları süngüləyir və güllələyirdilər. SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə - Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-ci il yanvarın 20-də Azərbaycanı itirdi.

Yanvarın 20-nə keçən gecə 131 insan öldürüldü: onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almışdı, 4-şəxs itkin düşdü, 400 nəfər isə həbs edildi.  Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdi. Həmçinin fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.  Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəldi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb. Qrup hərbi əməliyyata şəxsən başçılıq etmiş müdafiə naziri Dmitri Yazova qarşı cinayət işi açmaq tələbi ilə çıxış etdi.

Bu hərbi cinayətin sifarişçiləri və icraçıları hələ də cəzalarını almayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Yanvar 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri