Icma.az
close
up
RU
Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi AZƏRTAC

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İstanbul, 20 yanvar, Günel Karatepe, AZƏRTAC

Azərbaycan tarixinə qanlı gün kimi yazılan 20 Yanvar, həm də qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı bu qəhrəmanlıq səhifəsini 44 günlük Vətən müharibəsində də nümayiş etdirdi. Dünya tarixinə çox az görünən qəhrəmanlıq dastanı yazıldı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsibdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu söyləyib.

35 il bundan əvvəl 20 Yanvar hadisələri zamanı azərbaycanlılara qarşı tətbiq edilən vəhşiliyin ölkəmizin müstəqillik yolundakı əzmini qıra bilmədiyini vurğulayan dərnək rəhbəri deyib: “Qəddarlıqla işlənən bu hadisə Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədiyi kimi, digər türkdilli dövlətlərin xalqları üçün də müstəqilliyin yolunu açdı. Böyük milli cəsarət nümayiş etdirərək sovet tanklarının qarşısına “Müstəqillik” şüarı ilə çıxan insanlar bəlkə də sonda şəhid olacaqlarını bilirdilər. O gecə orada şəhid olan soydaşlarımız bugünkü müstəqil Azərbaycan Respublikası üçün canlarından keçdilər”.

Azərbaycanın Sovet İttifaqı üçün əhəmiyyətli ölkə olduğunu qeyd edən Səfər Qaraqoyunlu sözlərinə belə davam edib: “Bunu Azərbaycanı itirməmək üçün Qızıl Orduya aid 62 min hərbi qulluqçunun Azərbaycana göndərilməsi də təsdiqləyir. Bu hadisənin dünya tərəfindən eşidilməməsi üçün Azərbaycan Televiziyası hədəf alındı ki, bununla da ölkənin dünya ilə əlaqəsini kəsməyə çalışdılar. O gecə gözü dönmüş canilər yaralıları daşıyan təcili yardım maşınlarına belə atəş açacaq qədər vəhşiləşmişdilər. Bu hadisələrin tək səbəbi Azərbaycan və orada yaşayan türk varlığını məhv etmək idi. Çünki Azərbaycanın müstəqilliyi həzm edilə bilinməyəcək qədər böyük məsələ idi. Lakin, bütün bu hadisələrə baxmayaraq, o gecə orada şəhid olanlar müstəqil Azərbaycan dövlətinin təməlini atdı və bu gün həmin güc daha da möhkəmlənərək davam edir. 20 Yanvar, Xocalı soyqırımı kimi hadisələri əsla unutmayaraq, İkinci Qarabağ müharibəsi ilə dünyaya vətənpərvərlik dərsi verən müstəqil Azərbaycan bu bölgənin parlayan ulduzudur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri