20 Yanvar zamanı Azərbaycana kimlər rəhbərlik edirdi...
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər il 20 yanvar qətliamının ildönümündə ictimaiyyət 1990-cı ildə Sovet qoşunlarının Azərbaycana kimin çağırdığını müzakirə edir. Bu sırada 1990-cı ildə Azərbaycan rəhbərliyində təmsil olunmuş Əbdürrəhman Vəzirov, Vaqif Hüseynov, Ayaz Mütəllibov, Artur Rasizadə və digərləri ittiham olunur.
20 Yanvar hadisələri zamanı Azərbaycan Nazirlər Sovetinin sədri olmuş Ayaz Mütəllibov isə hələ sağlığında Modern.az saytına müsahibəsində həmin vaxt ölkəni faktiki olaraq Moskvadan gələn Yevgeni Primakovun rəhbərliyi ilə yüksək vəzifəli şəxslərin idarə etdiyini demiş və 20 yanvar hadisələrinin baş verməsinə görə Sovet rəhbərliyini ittiham etmişdi. Mütəllibov müsahibədə hadisələr zamanı Azərbaycanın bütün rəhbərlərinin vəzifələrindən faktiki uzaqlaşdırıldığını söyləmişdi.
“Hətta Mərkəzi Komitənin qarşısındakı mitinq zamanı camaatın qarşısında çıxış edən Primakov etiraf etmişdi ki, qoşunlar Bakıya girəcək, dağılın!”, - Mütəllibov bildirmişdi.
Xatırladaq ki, 1990-cı il yanvarın 20-də sovet qoşunları Bakıda qətliam törədərkən Azərbaycanda aşağıdakı şəxslər rəhbər postları tuturdular:
Əbdürrəhman Vəzirov - Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi;
Ayaz Mütəllibov - Azərbaycan SSR Nazirlər Sovetinin sədri;
Vaqif Hüseynov - Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri;
Elmira Qafarova - Azərbaycan SSR Ali Sovetin sədri;
Artur Rasizadə - Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini;
Müzamil Abdullayev - Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini;
Viktor Polyaniçko - Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi.
Baxış sayı:42
Bu xəbər 20 Yanvar 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















