Icma.az
close
up
RU
200 dən artıq gürcünü xilas edən azərbaycanlı qəhrəmanı tanıyırsınızmı?

200 dən artıq gürcünü xilas edən azərbaycanlı qəhrəmanı tanıyırsınızmı?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“9 May Qələbə Günü” münasibəti ilə Qardabanidə yaşayan azərbaycanlılar Rahib Məmmədovun adına ucaldılmış abidəni ziyarət ediblər. 

Tədbirdə Qardabani sakinləri çıxış edib. O cümlədən Qardabani sakini Şakir Mustafayev çıxışı zamanı azərbaycanlı Rahib Məmmədovun cəsarətindən, qorxmazlığından söz açaraq onun həyat yoluna bir daha işıq salıb, məlumat verib.

Bəs maraqlıdır, Rahib Məmmədov kimdir?

Heç şübhəsiz, azərbaycanlılar dünyanın başqa yerlərində də müxtəlif hadisələrdə qəhrəmanlıqları, şücaətləri ilə seçiliblər. 

Belə adamlardan biri də məhz Azərbaycan əsilli Rahib Məmmədovdur.

Gununsesi.info xəbər verir ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci il avqust ayının 25-də Ağdam rayon Mahrızlı kəndində anadan olub.

O, dünyasını qəhrəmanlıqla dəyişdiyi zaman 19 yaşı var idi.

Onda Rahib Məmmədov Gürcüstanda hərbi xidmətdə idi.

Bəs niyə belə olmuşdu?

Ona görə ki, 1987-ci ilin yanvar ayının sonlarına yaxın Gürcüstanın cənubunda 6 metr hündürlüyündə qar yağmışdı. Havalar isinməyə başlayanda Göyçə dağlarındakı qar əriməklə yanaşı, həm də o ərazidə güclü yağışlar başladı. Nəticədə Qara dənizdə suyun səviyyəsi qalxdı. Yarımada şəkilində olan Xobi rayonunun Çaladidi kəndindən keçən Rioni çayı öz məcrasından çıxır və kənd güclü sel suları altında qalır. Bütün bəndləri qıran Rioni çayı kəndi 3-4 metr dərinlikdə olan selə məruz qoyur. Kənd əhalisi evin damlarına, ağaclara, telefon dirəklərinə çıxaraq sağ qalmağın yollarını axtarırlar. Bu dəm Hərbi hissəyə xilasetmə əməliyyatı əmr edilir. Həmin hadisə 1987-ci il “Kommunist Qruzii” jurnalının 3-cü nömrəsində, sovet ordusunun polkovnik-leytenantı Neonid Krivenko tərəfindən “tam təfauratı” ilə verilir.

Xilasetmə əməliyyatında iştirak edən Rahib Məmmədov son dərəcə qorxmazlığı ilə öz həyatını təhlükəyə atır və sel aparan insanları öz “BTR” markalı döyüş maşını ilə xilas etməyə çalışır.

Hərbi hissə komandanlığı tərəfdən Rahib Məmmədovun ailəsinə məktub da göndərilir. Həmin məktubda deyilir:

Hörmətli Gülmalı Xurşud oğlu, Roza Pənah qızı, dostlar, qohumlar, tanışlar

Bizim hərbi hissənin komandanlığı, partiya və komsomol təşkilatları sizin oğlunuz, qardaşınız, dostunuz sıravi əsgər Rahib Məmmədovun faciəli ölümünü xəbər verir.

Hərbi hissəmizdə xidmətə başladığı ilk gündən Rahib özünü yüksək dərəcədə vicdanlı, sədaqətli, intizamlı bir əsgər kimi göstərib. Qısa müddətdə o hərbi peşəyə dərindən yiyələnmiş, təlim əlaçısı kimi hörmət qazanmış, sosialist vətənimizin layiqli müdafiəçisi olub. Hərbi xidmətdə fərqləndiyinə görə Rahib dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılıb. Əsgər yoldaşları onu rota komsomol bürosunun üzvü seçmişdilər. Fevralın 1-də Rahib bölmənin üzvləri ilə birlikdə Potiyə, seldən zərər çəkmiş adamlara köməyə göndərildi.

Rahibin idarə etdyi avtomobil təhlükəli zonada 30 dəfə reyd edir, 28 nəfəri ölümdən qurtarır. Bunların çoxu uşaqlardır. Hər reyd böyük risq tələb edirdi və bu təhlükələr Azərbaycan xalqının şöhrətli oğlunu qorxutmurdu. Axırıncı reydlərdən birində maşın qüvvətli selə və küləyə davam gətirmədi, idarəetməni çətinləşdirdi. Sizin oğlunuz böyük qəhrəmanlıq, mərdlik, hərbi ustalıq göstərərək ekipaj üzvlərini və maşını xilas etməyə çalışırdı. O son dəqiqələrə qədər mərdliklə mübarizə apardı və qəhrəmanlıqla həlak oldu.

Qəhrəman oğlunuzun əziz xatirəsini hərbi hissəmizin əsgərləri həmişə ehtiramla yad edəcək.

Böyük Vətənimizə layiq müdafiəçi tərbiyyə edib yetişdirdiyinizə görə sizə öz təşəkkürümüzü bildiririk.

Bu ağır matəm anlarında hərbi hissəmizin bütün şəxsi heyəti sizinlədir, sizinlə birlikdə kədərlənir. Bizim səmimi hisslərimizi və başsağlımızı qəbul etmənizi xahiş edirik.

Hərbi hissənin komandanlığı…

Təəssüf ki, 200 nəfərdən artıq gürcünü xilas edən həmyerlimiz öz həyatını xilas edə bilmir və onun bu qəhrəmanlığı dillərə dastan olur. 

Hadisənin şahidləri ailə ilə söhbət zamanı Rahibin iki yüzdən artıq insanın həyatını xilas etdiyini qeyd edirlər. Deyilnə görə, Rahib dayanmaq və durmaq bilmirdi. Ona insanların harada olduğunu helikopterdən müşahidə aparan rus zabitlər xəbər verirdi. Gərgin əməliyyat uğurla başa çatır. Artıq xilas ediləsi insan qalmayıb. Rahibin maşını onları yaxınlıqdakı dəmiryol körpüsünün üstündə dayanan briqadaya təhvil verir və Rahibə sonuncu tapşırıq verilir.

Həmin səhnəni yerli sakinlər belə danışıblar:

“Rahibə komadirlər deyib ki, dəmiryol körpüsünün beton dirəklərində yığılıb qalan kötükləri, ağac parçalarını vurub dağıtsın. Çünki həmin kötüklər orada suyun şişməsinə səbəb olaraq axına mane olurdu. Rahib maşınla gəlib böyük kötüklərə ilk zərbəni endirdi. Sonra qarşısı açılan sel suları orada güclü burulğan əmələ gətirdi. İdarəetmə çətinləşmişdi. Rahibin maşınında olan rus zabitinin ayağı sınmışdı. O zabitin həyatını xilas etməyi bacardı. Belə ki, maşından düşərək mayoru körpünün üstünə qaldırmağa yardım etdi. Sonra növbəti zərbədə Rahib suya yıxılaraq maşınla beton dirəyin arasında qalır”.

Qəhrəmancasına həlak olan soydaşımız doğulduğu, Ağdam rayon Mahrızlı kənd qəbrstanlığında Sovet ordusunun yüksək rütbəli zabitlərinin və əsgər yoldaşlarının iştirakı ilə – yaylım atəşi sədaları altında dəfn edilir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri