ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib.
Trend xəbər verir ki, Qabbardın namizədliyinin lehinə 52 senator, əleyhinə isə 48 senator səs verib.
43 yaşlı Qabbard bazar ertəsi Senatda prosessual səsvermədən keçdi və tezliklə and içəcək.
Fevralın 4-də keçirilən qapalı iclasda Senatın Kəşfiyyat üzrə Seçmə Komitəsi yuxarı palataya Qabbardı milli kəşfiyyat direktoru vəzifəsinə təsdiq etməyi tövsiyə edib. Yanvarın 30-da keçirilən təsdiqləmə dinləmələrində o, ABŞ kəşfiyyatının Ukrayna ilə bağlı danışıqları asanlaşdırmağa kömək edəcəyini söyləmişdi. Qabbard həmçinin Rusiya və Çinin ABŞ seçkilərinə müdaxilə etməyə çalışdığını iddia edib.
Qabbardın nominasiyasını ötən il noyabrın 13-də ABŞ Prezidenti Donald Tramp irəli sürmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Noyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















