Icma.az
close
up
RU
200 dən çox deputatı Starmeri Fələstini tanımağa çağırıb

200 dən çox deputatı Starmeri Fələstini tanımağa çağırıb

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Böyük Britaniya parlamentinin üçdə birindən çoxu – doqquz siyasi partiyanı təmsil edən 221 deputat birgə bəyanatla çıxış edərək baş nazir Kir Starmeri Fələstin dövlətini rəsmən tanımağa çağırıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat verib.
“Biz etiraf edirik ki, Böyük Britaniya Fələstinə azadlıq və müstəqillik vermək səlahiyyətində deyil. Lakin ölkəmizin tarixi məsuliyyəti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması, bu tanınmanı zəruri edir”, - deputatların bəyanatında qeyd olunub.
Parlamentarilərin bu çağırışı İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və bölgədə dərinləşən humanitar böhrana qarşı beynəlxalq ictimaiyyətin artan narazılığı fonunda gündəmə gəlib. Xeyriyyə təşkilatlarının verdiyi məlumata görə, Qəzza şəhərində beş yaşından kiçik uşaqlar arasında kəskin qida çatışmazlığı son iki həftə ərzində üç dəfə artıb.
Cümə günü London, Paris və Berlin şəhərlərində keçirilən aksiyalarda iştirakçılar Qəzzada yaşanan “humanitar fəlakətə” dərhal son qoyulmasını tələb ediblər.
Baş nazir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə keçirdiyi danışıqlardan sonra bəyan edib ki, girovların saxlanılması, aclıq və humanitar yardımın qarşısının alınması “müdafiə edilə bilməzdir”.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron iyulun 24-də açıqlama verərək, ölkəsinin Fələstin dövlətini tanıyacağını bəyan edib. “Bu qərarı BMT Baş Assambleyasının sentyabr sessiyasında təntənəli şəkildə elan edəcəyəm”, – deyə o, X (əvvəllər Twitter) sosial şəbəkəsində yazıb.
Makronun bu addımı İsrail hökumətinin kəskin tənqidi ilə qarşılanıb. İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidentinin qərarını “terrora rəvac verən addım” kimi qiymətləndirib.
ABŞ-nin dövlət katibi Marko Rubio Makronun qərarını “Həmas üçün təbliğat vasitəsi” və “sülh prosesinə zərbə” adlandırıb. ABŞ Prezidenti Donald Tramp isə Makronun açıqlamasını əhəmiyyətsiz sayaraq bildirib: “O, yaxşı oğlandır, xoşum gəlir. Amma bu bəyanat ciddi çəkidə deyil”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 İyul 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri