Icma.az
close
up
RU
Böyük Britaniya parlament komitəsi hökuməti Fələstini tanımağa çağırıb

Böyük Britaniya parlament komitəsi hökuməti Fələstini tanımağa çağırıb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya parlament komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəli hazırlamağa və İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Böyük Britaniya Parlamentinin Beynəlxalq İnkişaf Komitəsi Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və köçkün fələstinlilərlə bağlı hesabatını dərc edib.

Hesabatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarına İsrailin cavab verməsinin böyük mülki itkilər və Qəzzanın mülki infrastrukturunun məhv edilməsi ilə nəticələndiyi bildirilib.

Qəzzada beynəlxalq hüququn pozulması riski ilə bağlı beynəlxalq məhkəmələrin qərarlarına diqqət çəkən hesabatda: “Biz inanırıq ki, İsrailin Qəzzadakı hərbi əməliyyatlarının soyqırım ittihamlarına səbəb olacaq beynəlxalq humanitar hüququn pozulması ilə bağlı ağlabatan risk var”, - deyilir.

Hesabatda Böyük Britaniya hökumətindən müstəqil Fələstin dövlətinin tanınması üçün cədvəl elan etməyə çağırılıb və Fələstin dövlətinin tanınmasının davamlı sülh üçün vacib olduğu bildirilib.

Hesabatda Qəzzanın humanitar ehtiyaclarını qarşılamaq üçün hər gün 500 yardım maşınının bölgəyə girməsi lazım olduğu halda, bu rəqəmin orta hesabla 25-ə düşdüyü, İsrailin pilotsuz təyyarələrlə hava hücumları həyata keçirərək mülki insanları hədəf aldığına dair iddiaların narahatlıq doğurduğu qeyd edilib.

Hesabatda İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdəki hərəkətləri də yer alıb. Xəbərdə 7 oktyabr 2023-31 oktyabr 2024-cü il tarixləri arasında bölgədə fələstinlilərə aid 1800 tikilinin İsrail tərəfindən dağıdıldığı bildirilərək, eyni dövrdə 736 fələstinlinin öldürüldüyü vurğulanıb. Həmin dövrdə Fələstin torpaqlarını ələ keçirən israillilərin 1722 fələstinlini didərgin saldığına dair məlumatlar da hesabatda yer alıb.

Komitə həmçinin vurğulayıb ki, Böyük Britaniya hökuməti İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün əlindən gələni etməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Yanvar 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri