Icma.az
close
up
RU
200 maqnit udan yeniyetmə bağırsağın bir hissəsini itirdi

200 maqnit udan yeniyetmə bağırsağın bir hissəsini itirdi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Zelandiyada 13 yaşlı bir oğlanın təxminən 200 maqnit udduqdan sonra bağırsağının bir hissəsini cərrahi yolla çıxarmaq məcburiyyətində qalıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, qarın ağrısı səbəbindən Tauranga Xəstəxanasına yerləşdirilən oğlan, bir həftə əvvəl təxminən 100 neodim maqnit udduğunu söyləyib. Lakin əməliyyat zamanı mədəsindən onun söylədiyindən iki dəfədən çox maqnit çıxarıldığı məlum olub.

Rentgen şüaları oğlanın bağırsağının dörd ayrı bölgəsində zəncir şəklində düzülmüş metal toplar göstərib. Əməliyyat zamanı bu zəncirlərin nazik bağırsaqda və kor bağırsağa (yoğun bağırsağın başlanğıcı) bir-birinə yapışdığı, qan axınının qarşısını aldığı və "təzyiq nekrozu" kimi tanınan toxuma ölümünə səbəb olduğu məlum olub.

Həkimlər bağırsağın zədələnmiş hissəsini çıxarmalı oldular. Gənc oğlan səkkiz gün sonra xəstəxanadan buraxılıb.

"Bu hal kiçik, yüksək güclü maqnitləri udmağın həyati təhlükəsi olduğunu açıq şəkildə göstərir", - deyə Oklend Universitetinin hüquq tədqiqatçısı Aleks Sims bildirib.

Sims vurğuladı ki, bu maqnitləri həm uşaqlar, həm də böyüklər üçün "əyləncəli, qəliblənə bilən oyuncaqlar" kimi satmaq ciddi risk yaradır.

Xəstə tərəfindən udulmuş maqnitlərin beynəlxalq onlayn alış-veriş saytı "Temu"dan sifariş edərək aldığı bildirilir. Sims bildirib ki, bu maqnitlərin satışı Yeni Zelandiyada 2013-cü ildə qadağan edilib, lakin qadağanın onlayn tətbiqi "demək olar ki, mümkün deyil".

Səlahiyyətlilər bildirirlər ki, sosial mediada uşaqları saxta dil, burun və ya dodaq pirsinqləri yaratmaq üçün maqnitlərdən istifadə etməyə təşviq edən təhlükəli bir tendensiya yayılır. Bu kiçik toplar təsadüfən udulduqda ciddi daxili xəsarətlərə səbəb ola bilər.

Həkimlər hər kəsə xatırlatdılar ki, əgər uşağın maqnit udduğundan şübhələnirsinizsə, o, dərhal xəstəxanaya aparılmalıdır, çünki bu halların 75 faizindən çoxu cərrahiyyə və ya endoskopiya tələb edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri