Misir “Müsəlman qardaşları”nı terrorçu təşkilat elan etdi
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Misir hakimiyyəti “Müsəlman qardaşları” təşkilatının terrorçu təşkilatlar siyahısına birdəfəlik və qəti şəkildə daxil edilməsi barədə qərar qəbul edib. Eyni zamanda, təşkilatın üç rəhbəri də terrorçular siyahısına əlavə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Qərara əsasən, təşkilatın bütün fəaliyyətinin qadağan edilməsi və dayandırılması, filiallarının bağlanması, toplantılar keçirməsinə, eləcə də onun birbaşa və ya dolayı yolla maliyyələşdirilməsinə, pul və əmlak toplamasına qadağa qoyulub.
Məhdudiyyətlər təşkilata və onun üzvlərinə məxsus bütün aktivlərin, həmçinin “Müsəlman qardaşları” vasitəsilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin vəsaitlərinin dondurulmasını da nəzərdə tutur.
Bundan başqa, təşkilata üzv olmaq, yeni üzvlər cəlb etmək, onun fəaliyyətini təbliğ etmək və simvollarını nümayiş etdirmək də qadağan edilib.
Qeyd edək ki, “Müsəlman qardaşları” 1928-ci ilin martında misirli müəllim Həsən əl-Bənna tərəfindən yaradılmış beynəlxalq dini-siyasi təşkilatdır. O, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Tacikistan və Rusiyada terror təşkilatı kimi tanınıb.
Təşkilatla bağlı tarixi hadisələrdən biri də 1954-cü ildə Böyük Britaniyanın Süveyş kanalını milliləşdirmək niyyətində olan Misir prezidenti Camal Əbdül Nasiri devirmək məqsədilə onunla əməkdaşlıq etməsi ilə bağlı iddiadır.
Türkiyə ilə Misir arasında münasibətlər də 2013-cü ildə, “Müsəlman qardaşları”nın üzvü olan və Türkiyənin müttəfiq kimi gördüyü prezident Məhəmməd Mursinin hazırkı Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından sonra kəskin pisləşib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Noyabr 2026 01:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















