Icma.az
close
up
RU
2016 cı ilin neft kabusu TƏKRARLANIR?..

2016 cı ilin neft kabusu TƏKRARLANIR?..

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Həftənin əvvəlində ticarət sessiyalarının başlanğıcında Brent markalı etalon neftin qiyməti 4 faizdən çox azalaraq 59 dollardan aşağı düşüb. Bu 2016-cı ilin aprelindən bəri qeydə alınmış ən aşağı göstəricidir. ABŞ-da hasil olunan WTI markalı neftin qiyməti isə təxminən 56 dollarına qədər ucuzlaşıb.

Treyderlər səkkiz OPEK+ üzvünün, o cümlədən Səudiyyə Ərəbistanı və Rusiyanın, iyun ayında gündəlik hasilatı 411 min barel artırmaq qərarına reaksiya veriblər. Bu qərar təklif bolluğu ilə bağlı narahatlıqlar və ABŞ prezidenti Donald Trampın başladığı ticarət müharibəsi nəticəsində yaranan iqtisadi qeyri-sabitlik fonunda qəbul olunub.

Ötən ay OPEK bazarı təəccübləndirərək hasilatı məhz eyni həcmdə – 411 min barel – artıracağını açıqlamışdı. Həmin qərar və ABŞ-ın ticarət tariflərinin qlobal iqtisadiyyata zərər verə biləcəyi ilə bağlı qorxular nəticəsində Brent markalı neftin qiyməti aprel ayında təxminən 20 faiz azaıb.

OPEK+ qrupunun qiymətlərin aşağı olduğu şəraitdə hasilatı bir daha artırmaq qərarı müşahidəçilər tərəfindən strategiyada mühüm dəyişiklik kimi qiymətləndirilir.

Modern.az-ın məlumatına görə, OPEK-in keçmiş əməkdaşı, hazırda Rystad Energy konsaltinq şirkətində çalışan Xorxe Leon deyib ki, OPEK+ indi neft bazarında faktiki olaraq çökməyə səbəb olub. Keçən ay qəbul olunan qərar artıq ciddi xəbərdarlıq idi. Bugünkü qərar isə açıq şəkildə göstərir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qrup artıq strategiyasını dəyişir və illərlə hasilatın azaldılmasından sonra bazar payını artırmaq niyyətindədir.

Son üç il ərzində OPEK+ ümumi hasilatı gündəlik 6 milyon barel azaldaraq qiymətləri dəstəkləməyə çalışıb. Bu strategiya 2022-ci ildə neftin qiymətini 90 dollar səviyyəsində saxlamağa imkan verib. 

Kartel daxilindəki gərginlik də artmaqdadır. Xüsusilə Qazaxıstan “Chevron” şirkətinin idarə etdiyi Tənqiz yatağında hasilatı artıraraq milli maraqları qrup kvotalarından üstün tutduğunu bəyan edib.

Buna cavab olaraq Səudiyyə Ərəbistanı hasilat məhdudiyyətlərini yumşaltmağa başlayıb və bu aydan etibarən hasilatı artırmağa qərar verib.

Səudiyyə rəsmiləri artıq neft təchizatının artırılmasına qarşı deyillər, hətta bu addım qiymətlərin uzun müddət aşağı səviyyədə qalmasına səbəb olsa belə. Bu krallığın dövlət büdcəsini neftin qiymətinin azalması fonunda balanslaşdırmaq səylərinə baxmayaraq qəbul olunmuş strategiya kimi dəyərləndirilir. Lakin niyə belə bir riskli addımın atıldığı hələ də aydın deyil.

2016–2025-ci illər arasında neftinin qiyməi müxtəlif səbəblərdən ciddi dəyişikliklərə məruz qalıb. Hər il neft bazarına təsir edən fərqli faktorlar – pandemiya, müharibə, iqtisadi siyasətlər və OPEK+ qərarları – qiymətlərin taleyini müəyyən edir.

2016-cı il

2016-cı il neft bazarı üçün çətin bir dövr oldu. Brent markalı neftin orta illik qiyməti cəmi 45 dollar təşkil etdi. Qiymətlərin bu qədər aşağı düşməsinin başlıca səbəbi OPEK+ ölkələrinin hasilatı artırması və qlobal tələbin zəifləməsi idi. Eyni zamanda, əvvəlki illərdə neftin yüksək qiyməti bazara təklifin həddindən artıq artmasına səbəb olmuşdu ki, bu da qiymətləri daha da basqı altında saxladı.

2017-ci il

2017-ci ildə bazarda nisbətən sabitlik müşahidə edildi. OPEK və bəzi qeyri-OPEK ölkələrinin hasilatı azaltmaq qərarı qiymətlərin 54.71 dollar/barel səviyyəsinə yüksəlməsinə şərait yaratdı. Bu addım bazarda artıq neftin qarşısını aldı və qiymətlərin tədricən sabitləşməsinə səbəb oldu.

2018-ci il

2018-ci ildə neft bazarına olan tələbin artması qiymətləri də yuxarı çəkdi. Orta illik qiymət 71 oldu. Qlobal iqtisadi artım və sənaye fəaliyyətinin genişlənməsi neftə olan ehtiyacı artırdı. Lakin ilin sonuna doğru ABŞ-da şist nefti hasilatının artması və OPEK+ daxilində bəzi fikir ayrılıqları qiymətlərin yüksəlməsinin qarşısını aldı.

2019-cu il

2019-cu ildə qiymətlər bir qədər geriləyərək 64 dollar oldu. Dünyada ABŞ və Çin arasında baş verən ticarət müharibəsi eləcə də qlobal iqtisadi tənəzzül qiymətləri endirdi. Bununla belə OPEK+ hasilatı məhdudlaşdırmaqla qiymətlərin daha da düşməsinin qarşısını aldı.

2020-ci il

2020-ci il dünya üçün misilsiz sınaq ili oldu. COVID-19 pandemiyası nəticəsində iqtisadi fəaliyyət dayandı, nəqliyyat sektorunda tələbat kəskin azaldı və bu da neftə ehtiyacı minimum endirdi. Bu səbəbdən Brent neftinin qiyməti 42 dollara qədər ucuzlaşdı. Bu son illərin ən aşağı göstəricisi idi. OPEK+ bazarı sabitləşdirmək üçün təcili məhdudiyyətlərə getsə də pandemiyanın təsiri daha ağır oldu.

2021-ci il

Pandemiyadan sonra 2021-ci ildə qiymətlər yenidən yüksəldi. Brent neftinin qiyməti 71 dollar səviyyəsinə çatdı. Səyahətlərin və sənaye istehsalının bərpası, həmçinin vaksinasiya prosesi ilə bağlı müsbət gözləntilər tələbi artırdı. OPEK+ isə təklifə nəzarət etməyə davam edirdi.

2022-ci il

2022-ci ildə Ukrayna müharibəsinin başlaması enerji bazarına ciddi zərbə vurdu. Qərbin Rusiya neftinə tətbiq etdiyi sanksiyalar və təchizat riskləri qiymətləri sürətlə artırdı. Nəticədə Brent neftinin orta illik qiyməti 101 dollara yüksəldi. Bu son illərin ən yüksək göstəricisi oldu və enerji təhlükəsizliyi gündəmin əsas məsələsinə çevrildi.

2023-cü il

2023-cü ildə bazarda bir qədər sabitlik yarandı. Orta qiymətlər 82,5 dollar oldu. Qlobal tələbat artsa da, ABŞ və Çin arasında davam edən iqtisadi gərginlik və dünya iqtisadiyyatındakı zəif bərpa prosesi qiymətlərin daha da yüksəlməsinin qarşısını aldı. OPEK+ isə hasilat siyasətində ehtiyatlı davranaraq bazarın balansını qorumağa çalışdı.

2024-cü il

2024-cü ildə Brent neftinin orta qiyməti 81,7 dollar oldu. Bu artımın əsas səbəb arasında Yaxın Şərqdə geosiyasi gərginliklər, təchizat məhdudiyyətləri və əsas istehsalçı ölkələrin hasilat siyasətində dəyişikliklər var idi. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrdə sənaye artımı və ABŞ-da enerji tələbatının artması bazarı canlandırdı. 

2025-ci il

İl başlayandan neftin qiyməti əsasən ucuzlaşma istiqamətində davam edir. ABŞ prezidentin Trampın yeni iqtisadi kursu, tarif müharibələri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi gərginliklər qlobal enerji bazarındakı qeyri-müəyyənliklər qiymətlərə təsir edir. Hələlik proqnozlar ucuzlaşmanın davam edəcəyi yönündədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see365

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see272

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see272

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see271

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see259

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see259

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see254

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see245

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see243

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see227

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see221

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see217

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see216

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see213

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see210

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see204

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see201

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see199

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see185

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri