Icma.az
close
up
RU
Gürcüstanda Ukrayna SSENARİSİ: Tbilisidə Maydan hadisələri TƏKRARLANIR

Gürcüstanda Ukrayna SSENARİSİ: Tbilisidə Maydan hadisələri TƏKRARLANIR

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin 2028-ci ilə qədər dondurulması ilə bağlı qərarı ölkədə kütləvi etirazlara səbəb olub. Prezident Salome Zurabaşvilinin də dəstək verdiyi mitinqlərdə etirazçılarla polis arasında toqquşmalar yaşanır.

Gürcüstanın ayrı-ayrı dövlət qurumlarında təmsil olunan məmurlar, müxtəlif xarici ölkələrdəki səfirlər, diplomatlar istefa verərək mitinqlərə qoşulurlar. Ukrayna tərəfində müharibədə iştirak edən “Gürcüstan Legionu” üzvləri də Gürcüstana qayıtmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən “Gürcüstanın Birliyi” partiyasının lideri Lado Qamsaxurdiya “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Qafqaz İttifaqının Hərbi Komitəsinə daxil olan Gürcü bölmələrinin komandirləri fövqəladə iclasda Gürcüstana qayıtmaq qərarına gəliblər və hazırda Gürcüstan prezidenti Salome Zurabişvilidən siqnal gözləyirlər. L.Qamsaxurdiya qeyd edib ki, “Gürcüstan Legionu” ölkə əhalisini “hər hansı bir yolla” qorumağa hazırdır.

Gürcüstandakı prosesləri Medianews.az-a şərh edən siyasi şərhçi Telman İsa bildirib ki, “Gürcüstan Legionu”nun Ukraynadakı döyüşlərdən uzaqlaşıb Gürcüstana gəlməsi, orada ciddi nə isə etməsi inandırıcı deyil.

Onun sözlərinə görə, sözügedən legion elə bir gücə malik deyil ki, Gürcüstanın hüquq-mühafizə orqanlarını, silahlı qüvvələrini üstələyə bilsin: “2008-ci ildə Cənubi Osetiya ilə Gürcüstan arasında hərbi qarşıdurma olan dövrdə prezident Mixeil Saakaşvillinin birbaşa göstərişi ilə Əfqanıstanda təxminən 100-ə yaxın peşəkar gürcü hərbçisi təlim keçirdi. Bu təlimlər Əfqanıstandakı ABŞ, NATO qüvvələrinin daxilində təşkil olunmuşdu. Həmin vaxt mən Rustavi şəhərində idim. Siyasi tərəflərdə, cəmiyyətdə, ayrı-ayrı vətəndaşlarda bir ümid var idi ki, təlim keçən həmin gürcü hərbçiləri xüsusi NATO təyyarəsi ilə Osetiyada münaqişə zonasına gətiriləcək. Guya məhz onlar Rusiya işğalının qarşısını alacaq, əks-hücuma keçib Gürcüstanın suverenliyini təmin edəcəklər. Düzdür, həmin hərbçilər Gürcüstana qayıtdılar. Hətta Vaziyani deyilən hava limanına çətin də olsa eniş edə bildilər. Amma o hərbçilər hansısa şəkildə sözügedən münaqişədə, gərginlikdə iştirak edə bilmədilər. 2008-ci ilin avqust ayının 8-də başlayan hərbi toqquşma cəmi bir neçə gün çəkdi. Bu münaqişənin sonunun nə ilə nəticələndiyi də hər kəsə bəllidir. Gürcüstan Abxaziya və Osetiyanı itirdi, bununla barışmalı oldu. İndiki şəraitdə də gürcü hərbçilərdən ibarət hansısa legionun Ukraynadan gəlib Gürcüstanda nə isə edəcəyi ilə bağlı iddiaları ciddi qəbul etmirəm”.

Siyasi şərhçi qeyd edib ki, qonşu ölkədəki proseslər “Gürcü Arzusu”nun, xüsusilə də sabiq parlament sədri, indiki Baş nazir İrakli Kobaxidzenin təcrübəsizliyini üzə çıxarıb: “Son parlament seçkilərində “Gürcü Arzusu” çox ciddi şəkildə uğur əldə etdi. Doğrudur, bəzi müşahidəçilərin qənaətinə görə, seçkilər dövründə saxtakarlığa yol verilmişdi. Bütün hallarda, “Gürcü Arzusu” seçkilərdən uğurla çıxa bilmişdi. Lakin təcrübəsizlik bu qələbədən sonra kütləvi narazılığa, etiraz aksiyalarına səbəb oldu. Belə ki, Qərb institutlarının, ABŞ-nin, Avropanın ciddi etirazlarına baxmayaraq, Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi qəbul edildi. LGBT təbliğatını, eləcə də cinsin dəyişdirilməsini qadağan edən qanun da üçüncü oxunuşda qəbul edildi. Gürcüstanın hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən sözügedən qanun layihəsi ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur. Düzdür, o zaman da hakimiyyətə qarşı etirazlar oldu, amma indiki səviyyədə baş vermədi. Bu, “Gürcü Arzusu”nda özünə inam yaratdı, əl-qolunu açdı. Amma bu inam eyni zamanda böyük avantüraya yol açdı. Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına üzvlük prosesini 2028-ci ilə qədər dondurması ölkədə kütləvi etirazlara səbəb oldu. Mənim qənaətimcə, bu qərar və bəyanat tələsik idi. Aydın məsələdir ki, “Gürcü Arzusu” ölkədə keçirilən son parlament seçkiləri ilə bağlı Avropa İttifaqından tamam başqa bir rəy gözləyirdi. Lakin Avropa İttifaqı bu seçkiləri tanımadı. Seçkilərin saxtakarlıqla həyata keçirildiyi ilə bağlı qərar verdi. Nəticədə proses göz önündədir və idarə olunmaz vəziyyətə gəlib çatıb. İrakli Kobaxidzenin açıqlaması eynən 2013-cü ildə Ukraynada baş vermiş hadisələri xatırladır. Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviç 2013-cü ilin noyabrında Avropa İttifaqı ilə Assosiasiya sazişə hazırlığın dayandırılmasına dair bəyanatı səsləndirdikdən sonra Maydan hadisələri baş verdi. Mənə elə gəlir ki, “Gürcü Arzusu”, eləcə də Baş nazir İrakli Kobaxidze bu olaydan bir nəticə çıxarmalı, bu cür açıqlama verməməli idi. Ən azı 3-4 ay gözləmək olardı. Parlament seçkilərindən sonra məğlub düşərgənin, onların dəstəkçilərinin narazılığının səngiməsi üçün bir qədər vaxt keçməli idi. Bu narazılıq keçdikdən sonra hardasa buna bənzər bəyanatla çıxış etmək və indiki proseslərdən tamamilə yan keçmək olardı”.

T.İsa vurğulayıb ki, gürcülər Avropa İttifaqı və ya Qərb institutları ilə əlaqələrdə həmişə maraqlı olublar: “Bu aksiyalarda iştirak edənlər arasında demək olar ki, səmimi şəkildə avrointeqrasiya tərəfdarı olanlar var. Amma o da istisna deyil ki, bu proses birmənalı şəkildə xaricdən də idarə olunur. Fikir verirsinizsə, ixtişaşlar baş verən andan Polşa Prezidenti Andjey Duda açıqlamalar verib çox sərt şəkildə gürcü iqtidarını və digər üzv şəxsləri tənqidə məruz qoyub, hətta sanksiyalarla hədələyib. Ukraynada mühüm vəzifə tutan Dmitri Kuleba da Polşa prezidenti kimi Gürcüstan iqtidarını hədəfə alıb, bu ölkənin daxili işlərinə qarışacaq səviyyədə açıqlamalar verib, etirazçıları dəstəklədiyini vurğulayıb. Bunun kimi bir çox faktlar sadalamaq olar. Baltikyanı ölkələrin xarici işlər nazirləri də konkret adlar çəkərək bununla bağlı Avropa İttifaqı parlamentinə müraciət edəcəklərini bildirdilər. Onların qənaətincə, “Gürcü Arzusu”nun rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq olunmalıdır. Bu sırada ilk olaraq Baş nazir İrakli Kobaxidzenin adı çəkilir. Daha sonra Tbilisi meri Kaxa Kaladzenin, sabiq baş nazir İrakli Qaribaşvilinin adları çəkilir. Bütün bunlar onu deməyə əsas verir ki, Gürcüstandakı aksiyalar təbii görünsə də, mühüm bir faiz göstəricisi ilə xaricdən idarə olunur. Mən düşünürəm ki, böyük gərginliklər olacaq. Amma bütün hallarda bu aksiyalar dayandırılacaq və davamında hər hansı inqilab baş verməyəcək. “Gürcü Arzusu”nun güzəştlərə getməsi mümkündür və qaçılmazdır. Artıq biz bunun ilkin işartılarını görürük. Hətta aksiyaların qarşısını almaq, etirazları səngitmək üçün Baş nazir İrakli Kobaxidzenin istefaya göndərilməsi də realdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see367

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see278

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see234

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see217

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see216

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see209

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see196

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see192

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see187

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see180

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see175

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see170

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see160

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see157

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see157

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see156

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see155

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see151

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri