Icma.az
close
up
RU
2018 ci ildə ölümcül sunamiyə səbəb olan vulkan yenidən püskürdü

2018 ci ildə ölümcül sunamiyə səbəb olan vulkan yenidən püskürdü

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

İndoneziyanın Anak-Krakatau vulkanının püskürməsi altı hava limanında uçuşların dayandırılmasına səbəb olub. Bu, Cakartanın əsas hava limanında yüzlərlə reysə təsir göstərib. Bundan əvvəl bəzi məktəblərdə dərslər dayandırılıb, balıqçılar isə dənizə çıxmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.

Cakartadakı Soekarno-Hatta Beynəlxalq Hava Limanı vulkan külü səbəbindən fəaliyyətini saat 17:30-dək (Qrinviç vaxtı ilə 10:30) dayandırıb. Nəticədə yüzlərlə sərnişin terminalda qalıb.

"Angkasa Pura" hava limanı operatorunun açıqlamasına görə, bir neçə dəfə uzadılan məhdudiyyət 58-i beynəlxalq olmaqla 301 reysə təsir edib. "Singapore Airlines" və "Malaysia Airlines" aviaşirkətləri günün sonuna qədər Cakartaya və Cakartadan uçuşları ləğv etdiklərini bildiriblər.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, Yava və Sumatra adaları arasında, İndoneziyanın böyük ada zəncirinin ərazisində yerləşən Anak-Krakatau cümə günü axşam saatlarından püskürür. Vulkan külü bazar günü səhər hava limanında aşkarlanıb.

Meteorologiya agentliyi BMKG-nin məlumatına görə, kül Yava tərəfdə 6000, Sumatra tərəfdə isə 15 min metr yüksəkliyə çatıb. Kül Yavanın Banten vilayətinin bəzi ərazilərində də müşahidə olunub.

Soekarno-Hatta hava limanının operatoru zərərçəkən sərnişinlərə aviaşirkətlərlə koordinasiya şəklində yemək və yüngül qəlyanaltılar, həmçinin otellərə getmək üçün avtobuslar təqdim etdiyini bildirib.

Fəlakətlərin qarşısının alınması üzrə BNPB agentliyi bazar günü yağış yağdırmaq üçün bulud toxumlanmasını da əhatə edə biləcək hava şəraitinə müdaxilə əməliyyatı keçirəcəyini açıqlayıb.

"Yağış kifayət qədər güclü olarsa, dünəndən etibarən gündəlik həyatımızı pozan və bu gün də davam edən vulkan külü sürətlə yuyulub gedəcək", deyə BNPB rəhbəri Suxaryanto mətbuat konfransında bildirib.

Nəqliyyat Nazirliyi Yavada yerləşən Kertajati, Ahmad Yani və Juanda hava limanlarını alternativ variant kimi göstərib. Nazirlik qeyd edib ki, aviaşirkətlər və ya hava limanı operatorları reysləri yönləndirə bilərlər.

BNPB əhalini sakitliyi qorumağa və eyni zamanda diqqətli olmağa çağırıb. Agentliyin nümayəndəsi Berton Panjaytan bildirib ki, kül yağdığı zaman insanlara maska və gözləri qoruyan vasitələrdən istifadə etmək, açıq havada fəaliyyəti məhdudlaşdırmaq, su mənbələrinin üzərini örtmək və avtomobil idarə edərkən ehtiyatlı olmaq tövsiyə olunur. Çünki vulkan külü görmə məsafəsini azalda bilər.

Zond boğazında hərəkət edən gəmilərə Anak-Krakatau kraterindən ən azı 3 kilometr məsafədə qalmaq tövsiyə edilib. Kül səbəbindən şagirdlər və sakinlərdə göz qıcıqlanması yarandıqdan sonra bir neçə məktəbdə dərslər ləğv olunub. Balıqçılar da dənizə çıxmayıb.

Anak-Krakataudan təxminən 850 kilometr məsafədə yerləşən Şərqi Yavadakı Semeru dağı da bazar günü püskürüb. Vulkan zirvədən 1 kilometr yüksəklikdə kül sütunu yaradıb. Vulkanların monitorinqi üzrə PVMBG agentliyi sakinlərə kraterdən ən azı 5 kilometr uzaqda qalmağı tövsiyə edib və zirvədən 17 kilometrədək məsafədə isti kül buludları və lava axınları təhlükəsi barədə xəbərdarlıq edib.

İndoneziya zəlzələlərin və vulkan püskürmələrinin tez-tez baş verdiyi Sakit okeanın "Atəş halqası" ərazisində yerləşir.

Anak-Krakatau iyulun 2-dən etibarən 3-cü, yəni ikinci ən yüksək təhlükə səviyyəsindədir. Semeru, Merapi, Levotobi-Laki-Laki və Sinabung vulkanları da eyni xəbərdarlıq səviyyəsindədir.

Fəlakətlərin qarşısının alınması üzrə agentlik hazırda vulkanın yaratdığı birbaşa sunami təhlükəsinin olmadığını bildirib. Bununla belə, 2018-ci ildə Anak-Krakataunun püskürməsi nəticəsində yaranan sunami Yava və Sumatra adalarında 400-dən çox insanın həyatına son qoyub.

Adı "Krakataunun övladı" mənasını verən Anak-Krakatau bir əsr əvvəl 1883-cü ildə baş vermiş güclü püskürmələr nəticəsində özünü məhv edən keçmiş Krakatau (Krakatoa) vulkanının yerində formalaşmağa başlayıb. Həmin püskürmələr bir sıra sunamilərə səbəb olub və 36 mindən çox insanın ölümünə gətirib çıxarıb.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Sentyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri