2018 ci ilə nisbətən vergi daxilolmaları 2,2 dəfə artıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə Azərbaycanda vergi daxilolmaları 16,4 milyard manat təşkil edib ki, bu da son illərin ən yüksək nəticəsi hesab olunur.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən "Vergi Sistemində Gələcəyə Baxış: Yeni İdarəetmə Modeli və Data Əsaslı Qərarlar" adlı forumda bildirib.
"2025-ci ildə vergi daxilolmaları 2018-ci illə müqayisədə 2,2 dəfə, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 dəfə artıb. Ötən il vergi daxilolmalarının ümumi daxili məhsulda (ÜDM) payı 12,7 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13 % olub ki, bu da 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artım deməkdir", - deyə M. Cabbarov bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2018-ci illə müqayisədə 2,2 faiz bəndi artaraq 9,9 %-ə çatıb: "Qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, 2025-ci ildə bu sektorda əmək müqavilələrinin ümumi müqavilələrdə xüsusi çəkisi 2019-cu ildəki 38,5 %-dən 54,4 %-ə yüksəlib. Həmçinin sektorda əmək müqavilələrinin sayı 1,9 dəfə artaraq 1 milyonu ötüb və dövlət sektorunun göstəricisini üstələməyə davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 Mart 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















