“2018 ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb”
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“İqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
“Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir.
2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. 2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı isə 2 dəfədən çox (541 min artım) artıb və hazırda ümumi əmək müqavilələrinin 57 faizi bu sektorun payına düşür. Təkcə cari ilin 10 ayında sektorda əmək müqavilələrinin sayı 49 minədək artıb”, - deyə nazir qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















