2021 2025 ci illər üzrə strateji planın hədəflərinin əksəriyyəti icra olunub
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında çıxışı zamanı 2021–2025-ci illəri əhatə edən strateji planın əsas hədəflərinin böyük hissəsinin yerinə yetirildiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, o qeyd edib ki, strateji plan beynəlxalq praktikaya uyğun olaraq illik əməliyyat planları əsasında icra olunub və bu müddət ərzində ümumilikdə 5 əməliyyat planı hazırlanıb.
Gülməmmədovun sözlərinə görə, planın icrası dövründə əməliyyat planlarının yerinə yetirilmə səviyyəsi təxminən 90 faiz təşkil edib. Monitorinq çərçivəsində müəyyən edilən göstəricilər üzrə ümumi icra isə 80 faizdən yuxarı olub. Eyni zamanda, ayrılmış büdcə vəsaitlərinin icrası da 80 faizdən bir qədər çox qeydə alınıb ki, bu da strateji planın ümumilikdə səmərəli həyata keçirildiyini göstərir.
O əlavə edib ki, strateji sənəddə nəzərdə tutulan iki yekun və doqquz aralıq nəticə üzrə mühüm irəliləyişlər əldə edilib və qarşıya qoyulan məqsədlərin əksəriyyəti icra olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 21 Aprel 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















