Yayda bütün fənlər üzrə müəllimlərin əksəriyyəti sertifikatlaşdırmadan keçəcək Nazir
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
“2022–2025-ci illərdə 84 minə yaxın müəllim bu mərhələyə cəlb olunub. Bu prosesdən uğurla keçmiş 49 mindən çox müəllimin əməkhaqqına 10%, 24 mindən çox müəllimin isə əməkhaqqına 35% əlavə tətbiq edilib”.
Redaktor.az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, əməkhaqqına 10% əlavə edilən müəllimlərin sayına uyğun olaraq dövlət büdcəsindən əlavə 58,4 milyon manat vəsait ayrılıb: “Ümumilikdə, sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün bu məbləğ proqnozlaşdırılıb”.
Nazir vurğulayıb ki, sertifikatlaşdırma prosesi artıq əsas mərhələsini keçib. Gələn ilin yay aylarının sonunda, demək olar ki, bütün fənlər üzrə müəllimlərin əksəriyyəti bu prosesdən keçəcək və nəticələr tətbiq mərhələsinə daxil olacaq. Bununla bağlı ötən görüşlərdə Elm və Təhsil Nazirliyinin məsul şəxsləri də mediaya ətraflı məlumat veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 14 Noyabr 2025 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















