Icma.az
close
up
RU
2021 ci il mayın 19 dan bu günə kimi... bu dəfə dirilmək üçün!

2021 ci il mayın 19 dan bu günə kimi... bu dəfə dirilmək üçün!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2021-ci il mayın 19-da keçirilən "Neftçi" - "Qarabağ" matçında yaşananları xatırlamamaq yumşaq dilsə desək, ölkə futboluna qarşı ciddi hörmətsizlik olar. Həmin oyunun 89-cu dəqiqəsinin tamamında vurulan qol "Neftçi"nin həm əzəli rəqibinə qalib gəlməsinə səbəb oldu, həm də 7 il həsrətini çəkdiyi çempionluğa qovuşdurdu.

Təbii ki, bu qarşılaşmanı bir qədər sonra start fiti çalınacaq Azərbaycan derbisiylə müqayisə etmək olmaz. Həmin dövrün rəqabəti, həmin derbinin çəkisi, həmin komandaların heyəti ciddi dəyişikliyə məruz qalıb.
Necə deyərlər, indi o arxdan çox su axıb. Amma bu həmin stadionda yenidən eyni ab-havanın yaranacağına mane ola bilməz. Eyni arena, eyni Qurban Qurbanov, eyni Samir Abasov, eyni Azərbaycan derbisi. Azarkeş marağı da üst səviyyədə. Azı 8 min tərəfdar azdı bəyəm? Bəs, daha nələri eyniləşdirmək olar? Nəticəni? Çox çətin görünür...
Ümumiyyətlə, burda nəyəsə nail olmaq istəyən komanda "Neftçi" olmalıdı. Ən yaxın izləyicisini - "Araz-Naxçıvan"ı 9 xal qabaqlayan "Qarabağ" məğlub olsa, nə itirəcək? 3 xal? Ya üç mövsümdən çox qoruyub-saxladığı məğlubiyyətsizlik seriyası? Etiraf edək ki, "köhlən atlar"ı matça motivasiya edən yeganə məqam Azərbaycan derbisi adlanmasıdı. "Neftçi"nin durumu isə ortadadı. Kollektiv üçün qələbənin nə qədər vacib olduğu haqda 1001 gecə danışmaq olar. Hər halda, qələbə "ağ-qaralar" üçün dirilik suyu effekti verəcək. Samir Abasovun gedişiylə sönən rəqabət gəlişiylə közərəcək, bəlkə də stadionları ağuşuna alacaq qədər alovlanacaq. O başqa məsələ ki, bunun üçün heç-heçə də yetərli ola bilər.
Odu ki, bu gün "Neftçi" ən pis halda baxımlı oyunla yadda qalmalıdı. Mümkün qələbə isə yuxarıda bəhs etdiyim çempionluq oyunu qədər yaddaqalan, tarixi və önəmli olacaq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri