Icma.az
close
up
RU
2022 də Xocalıda o əmri kim verib? Balasanyan ad çəkdi

2022 də Xocalıda o əmri kim verib? Balasanyan ad çəkdi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarabağ ermənilərinin şənbə günü İrəvanda “Azadlıq” meydanında keçirdiyi aksiya zamanı keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan təzyiqə məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, aksiyanın sonunda Balasanyanın meydana gəldiyini görən ermənilər onu Qarabağın “itirilməsinə” görə ittiham ediblər. Hətta onun Azərbaycan tərəfi ilə danışıqlar apardığına dair iddia səsləndirərək izahat istəyiblər.

Məlumata görə, 44 günlük müharibədən sonra Vitali Balasanyanın Qarabağda yerləşən Rusiya sülhməramlıları ilə sıx əlaqələri olub. Nəşr yazır ki, məhz onların təşəbbüsünə əsasən Azərbaycan tərəfi ilə danışıqlara cəlb edilib.

Hətta 2022-ci ildə Xocalıda Fərrux yüksəkliyinin azad edilməsinə görə də Balasanyan ittiham edilib. Həmin il martın 26-da qeyri-qanuni erməni silahlı birləşmələri yüksəklik istiqamətində təxribat törətməyə cəhd göstərmiş, lakin Azərbaycan ordusunun gördüyü tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilmişdilər. Qarabağ erməniləri separatçılara geri çəkilmə əmrini Balasanyanın verdiyini deyirlər.

Lakin o, həmin vaxt “təhlükəsizlik şurasının katibi” vəzifəsini icra etmədiyini və belə bir əmr vermək səlahiyyətinin olmadığını söyləyib. Balasanyan o dövrdə Kamo Vardanyanın “müdafiə ordusunun komandanı” olduğunu və əmri də onun verdiyi deyib.

Qəzetin məqaləsində qeyd edilir ki, etirazçılar Balasanyanın Ermənistan hökuməti ilə yaxın əlaqələr qurduğu qənaətinə gəliblər.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Aprel 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri