2024 cü ildə dövlət qeydiyyatından kənarda qalmış 23 uşağın doğumu qeydə alınıb
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
2024-cü ildə doğumu dövlət qeydiyyatından kənarda qalmış 23 uşağın doğumu qeydə alınıb. SİA xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda qeyd edilib ki, 56 uşağın valideynlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə hüquqi yardım göstərilib.
Həmçinin vurğulanıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















