Icma.az
close
up
RU
Fransada 2024 cü ildə ailədaxili zorakılıq nəticəsində 138 qətl hadisəsi qeydə alınıb

Fransada 2024 cü ildə ailədaxili zorakılıq nəticəsində 138 qətl hadisəsi qeydə alınıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paris, 31 oktyabr, AZƏRTAC

Fransada 2024-cü il ərzində 107 qadın öz həyat yoldaşı və ya keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib. Bu rəqəm bir il əvvəlki göstəricidən 11 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin illik hesabatında məlumat verilib.

Nazirliyin oktyabrın 31-də açıqladığı hesabatda bildirilir ki, ötən il ölkədə ümumilikdə 138 ailədaxili zorakılıq nəticəsində ölüm hadisəsi qeydə alınıb. Onların arasında 31 kişi də həyat yoldaşı və ya keçmiş tərəfdaşı tərəfindən öldürülüb.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə qadınlara qarşı ailə zorakılığı nəticəsində ölüm halları yenidən artıb. Ekspertlər bu artımı həm pandemiyadan sonrakı sosial gərginlik, həm də psixoloji və iqtisadi asılılıq vəziyyətlərindəki dərinləşmə ilə əlaqələndirirlər.

Daxili İşlər Nazirliyinin araşdırmasına əsasən, qətllərin əksəriyyəti uzunmüddətli məişət zorakılığı və ya ayrılıqdan sonrakı münaqişələr fonunda baş verib.

Fransa hökuməti ailədaxili zorakılıqla mübarizəni milli prioritet elan etsə də, qeydə alınan rəqəmlər bu sahədə yetərli irəliləyişin əldə olunmadığını göstərir. Qadın hüquqları üzrə təşkilatlar hökuməti profilaktik tədbirləri gücləndirməyə, xüsusilə də qoruyucu məhkəmə qərarlarının və yardım xətlərinin effektivliyini artırmağa çağırıblar.

Mütəxəssislər hesab edirlər ki, bu statistika təkcə fərdi faciələri deyil, həm də Fransada sosial və mədəni münasibətlərin dərin problemlərini üzə çıxarır. Onların fikrincə, qadınlara qarşı zorakılığın qarşısını almaq üçün təhsil, hüquq-mühafizə və sosial xidmətlərin koordinasiyalı fəaliyyəti vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri