Icma.az
close
up
RU
2024cü ildə Azərbaycan mədəniyyətinin itkiləri SİYAHI

2024cü ildə Azərbaycan mədəniyyətinin itkiləri SİYAHI

Bakupost saytına istinadən Icma.az xəbər verir.

2024-cü il Azərbaycan mədəniyyəti üçün həm də ağır itkilərlə yadda qaldı. Bu il sənət və ədəbiyyat dünyasında özünəməxsus yeri olan bir çox görkəmli şəxsiyyətlər vəfat etdi.

Bakupost.az bu il vəfat edən mədəniyyət adamlarının siyahısını təqdim edir:

Mövlud Süleymanlı: azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı. Mövlud Süleymanlı fevralın 21-də, 81 yaşında vəfat edib. O, "Köç", "Ceviz qurdu", “Şanapipik” kimi məşhur əsərlərin müəllifidir.

Çingiz Hüseynov: nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Yazıçı yanvarın 8-də, 84 yaşında vəfat edib. Müəllif "Fətəli Fəthi", "Məhəmməd, Məhəmməd", "Cavad xan" əsərləri ilə məşhurdur.

Namiq Hacıheydərli: Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2002), AYB-nin Muğan bölməsinin yaradıcısı və ilk sədri (2008–2015). Aprelin 27-də, 48 yaşında dünyasını dəyişib.

Yaqub Əlioğlu: Yazıçı-jurnalist, teatrşünas, ssenarist, kino redaktoru. Oktyabrın 13-də 68 yaşında vəfat edib.

Gülhüseyn Kazımov: Azərbaycan ictimai xadimi, yazıçısı və şairi, filologiya üzrə fəlsəfə doktoru. Feralın 24-də 74 yaşında dünyasını dəyişib.

Aygün Bəylər: Əməkdar artist, müğənni. 48 yaşında olan Aygün Bəylər Türkiyədə müalicə aldığı xəstəxanada xərçəng xəstəliyi səbəbindən yanvarın 6-da 48 yaşında dünyasını dəyişib.

Gülbahar Şükürlü: Əməkdar artist, qarmon ifaçısı. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Gülbahar Şükürlü yanvarın 5-də 62 yaşında vəfat edib.

Kifayət Gəncəli: Azərbaycanın Əməkdar artisti, xanəndə. Sentyabrın 22-ndə 87 yaşında ürək çatışmazlığı səbəbilə vəfat edib.

Rasi Abdullayev: Azərbaycanın Xalq artisti, violonçel ifaçısı. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olub. Noyabrın 26-sı 80 yaçında vəfat edib.

Cavanşir Məmmədov: Əməkdar artist, müğənni. 70 yaşında olan Cavanşir Məmmədov aprelin 20-də qəfil ürəktutmadan dünyasını dəyişib.

Şahlar Quliyev: Xalq artisti, opera müğənnisi. 26 oktyabrda 78 yaşında vəfat edib.

Leyla Şəripova: müğənni, bəstəkar, nəğməkar şair, Tacikistan SSR (1965) və Azərbaycan SSR xalq artisti (1977). Fevralın 19-da 94 yaşında dünyasını dəyişib.

Sahibə Əhmədova: Əməkdar artist, aktrisa. Uzun müddət xərçəngdən əziyyət çəkən Sahibə Əhmədova martın 16-sı 68 yaşında dünyasını dəyişib.

Naibə Əlibəyova: Aktrisa. Uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkən Naibə Əlibəyova martın 6-sı 60 yaşında dünyasını dəyişib.

Rafiq İbrahimov: Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru. Uzun müddət xərçəngdən əziyyət çəkən Rafiq İbrahimov 13 sentyabrda 68 yaşında vəfat edib.

Əlibala Əsgərov: Azərbaycan aktyoru. İyunun 12-si 69 yaşında vəfat edib.

Zemfira Nəcəfova: Əməkdar artist, aktrisa. Avqustun 1-i 74 yaşında dünyasını dəyişib.

Yuri Vladimiroviç Omelçenko: Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. Aktyor aprelin 20-ndə 48 yaşında vəfat edib.

Namis Şirməmmədov: Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Sumqayıt Dövlət Dram Teatrının aktyoru. Yanvarın 12-də 65 yaşında vəfat edib

Rahib Əliyev: Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). 25 fevralda, 70 yaşında dünyasını dəyişib.

Azər Qurbanov: Azərbaycan aktyoru. 15 martda, 60 yaşında vəfat edib.

Niftulla Əsgərov: aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti. 5 mayda, 75 yaşında dünyasını dəyişib.

Rəfiqə Axundova: Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970). 22 iyunda 85 yaşında vəfat edib.

Rafiq Nəsirov: Azərbaycan Respublikasının Xalq rəssamı. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2017). Rəssam avqustun 3-də 77 yaşında vəfat edib.

İsa Məmmədov: Azərbaycanın əməkdar rəssamı. 1 sentyabrda 68 yaşında dünyasını dəyişib.

Əsgər Kərimov: Tanınmış heykəltaraş, rəssam. 29 noyabrda 66 yaşında vəfat edib.

Telman Zeynalov: Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992) Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). 14 dekabrda 80 yaşında dünyasını dəyişib.

Rəhman Mirzəlizadə, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Dekabr 2024 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri