Icma.az
close
up
RU
2024cü ildə boşanan məşhurlar SİYAHI

2024cü ildə boşanan məşhurlar SİYAHI

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

2025-ə gün saydığımız vaxtlarda 2024-də baş verənlərə baxırıq. Görürük ki, bir çox hadisə və olaylarla yadda qalan ildə ən çox diqqət çəkənlər sırasında məşhurların ayrılıqları olub. 

Sfera.az olay-a istinadən boşananlara, ayrılanlara, ayrılıb ayrı qala bilməyənlərə nəzər salaq...

Söhbət 2024-dən getməyinə baxmayaraq, 1 il əvvəlki ayrılıqlardan söz açmasaq, olmaz. Belə ki, ilin son aylarında, noyabrda müğənni Elvin Mirzəzadə boşandığını açıqladı. 

Ondan qısa müddət sonra, dekabrda müğənni Nahidə Babaşlının türk həyat yoldaşı Serkan Küçükceylandan boşandığı ilə bağlı xəbər yaydı.

2024-ün fevralı hər birimizi təəccübləndirən boşanma xəbəri yayıldı. Məlum oldu ki, illərdir nümunəvi cütlük olan müğənni Elçin Cəfərov və Aydan Rüstəmxanlı boşanıb. Hətta cütlüyün rəsmi ayrılığı 14 Fevral Sevgililər Günündə olduğu iddia edildi. Aylar sonra Elçin boşandıqlarını etiraf etdi. Lakin cütlük sevgi bağlarını qopara bilmədilər....

Apreldə "Selena"dan tanıdığımız Ümit Erdim iki uşağının anası Seda Çınardan boşandı. 

May ayında "İmtahan" serialı ilə populyarlaşan Üzel Kərimova türk həyat yoldaşı Muhammed Talhadan boşandı. 

İyunda "Güldür Güldür"ün ulduzu Onur Atilla 10 illik xanımı Sinem Ayyıldızdan qalmaqallı şəkildə ayrıldı. 

Ondan qısa müddət sonra, yenə iyunda Xalq artisti Yusif Eyvazovun Rusiyanın Xalq artisti Anna Netrebkodan boşandığı məlum oldu.

Dünyaca məşhur reper Kardi Bi də ona tez-tez xəyanət edən həyat yoldaşı Offsetdən ayrıldığını açıqladı. Lakin Kardi qısa zaman sonra Offsetlə 3-cü uşaqlarını dünyaya gətirdi. 

İllər sonra yenidən münasibətə başlayıb, ailə quran Cennifer Lopez və Ben Aflek də evliliklərini davam etdirə bilmədi. Onlar da boşananlar sırasına daxil oldu.

Rus estradasının ulduzu Nyuşa da əri İqor Sivovdan ayrıldı.

Rusiyalı ulduz Alsu yəhudi milyarder Yan Abramovdan qalmaqallı şəkildə boşandı. İş adamı sənətçiyə xəyanət etdiyi üçün evlilikləri bitdi.

Bu ilin ən çox danışılan boşanma xəbərləri sırasında sözsüz ki, onların adı var. İllərdir dəfələrlə boşandıqları iddia olundu, evliliklərindəki problemləri həll etmək üçün çabaladılar. Lakin sonra rəsmi şəkildə ayrılıq qərarı aldılar. Söhbət keçmiş aktyor cütlük Ülviyyə Xalinbəyova və Murad İsmayıldan gedir. İki övladı olan cütlk də bu il boşanaraq illərdir davam edən problemləri, söz-söhbətləri bitirdi. 

Yeni ana olan model Razi Əliyeva həyat yoldaşı Nicat Əliyevdən ayrılmaq istəyir. Cütlüyün məhkəmə prosesi davam etsə də, Nicat xanımından boşanmaq istəmədiyini deyir...

Hollivud aktyoru Çenninq Teytum və Cenna Devan da bu il boşanıb. 

Fərqli cütlüklərdən olan, zaman-zaman tərzləri ilə mediada danışılan Kanye Uest və Biankanın da boşanma xəbəri yayıldı. 

Dünyaca məşhur müğənni Britni Spirs də gənc həyat yoldaşı Sem Asqaridən ayrıldı.

Son olaraq Türkiyə gündəmində olan ayrılıq isə "Galatasaray"ın ulduzu Mauro İkardi ilə Vanda Naranın boşanmasıdır. Cütlük qalmaqallı şəkildə boşanma prosesini davam etdirirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Dekabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri